Əsas Səhifə > Cəmiyyət, Manşet > Oqtay Şirəliyev Sabirabaddakı adamından niyə vaz keçib?

Oqtay Şirəliyev Sabirabaddakı adamından niyə vaz keçib?


24-04-2014, 15:02
Oqtay Şirəliyev Sabirabaddakı adamından niyə vaz keçib?
DİA.AZ: - Sabirabad səhiyyəsində durum bərbaddır və artıq bu məsələ müvafiq dövlət qurumlarının da diqqətini cəlb etməkdədir. Bu barədə DİA.AZ-a səhiyyə nazilriyindəki mənbələr informasiya verib. Zəbəri verən qaynaq iddia edir ki, artıq Sabirabad rayon mərkəzi xəstəxanasının baş həkimi Əziz Mikayılovla bağlı hüquqi araşdırmaların aparılması üçün səhiyyə nazirliyinin rəhbərliyi də müvafiq razılığı verib.

Bu barədə verilən informasiyalarda bildirilir ki, baş həkim Əziz Mikayılov 33 saylı Sabirabad, Hacıqabul, Şirvan şəhər Regional Tibbi Sosial Ekspertiza Komissiyasının sədri Rasim Gözəlovla əlbir olaraq rayonun səhiyyə sistemini demək olar ki, iflic vəziyyətinə gətiriblər. Artıq qeyd olunduğu kimi Sabirabad rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkiminin öz işində yol verdiyi ciddi nöqsanlar səbəbindən tutduğu vəzifədən azad olunması 33 saylı TSEK-in sədri Rasim Gözəlovun qarşısında yeni imkanlar açmış oldu. Belə ki, xəstəxananın baş həkimi vəzifəsinə Rasim Gözəlovun adamlarından biri olan Əziz Mikayılovun gətirilməsi, onun üçün gələcəkdə də “müştərilərinə” saxta xəstəlik tarixçələrinin alınması prosedurunu xeyli sadələşdirmiş oldu.

Mənbə dia-az.life-a açıqlamasında iddie edir ki, bu günlərdə Sabirabad səhiyyəsinin fəaliyyəti araşdırılıb və aparılan yoxlamalar nəticəsində müəyyən olunub ki, Sabirabadın kəndlərində yerləşən tibb müəssisələrində isə vəziyyət daha acınacaqlıdır. Məlumatlarda iddia olunur ki, Əziz Mikayılov bu müəssisələrin bir çoxlarının dəqiq yerləşdikləri məkanlardan belə bixəbərdir. Həm də birbaşa vəzifə borclarının icrası ilə məşğul olmağa, baş həkimin davamlı olaraq həyata keçirdiyi maxinasiyalardan və qurduğu müxtəlif intriqalardan sadəcə vaxtı qalmır.

Araşdırmalar nəticəsində aydın olub ki, Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təminatlarına dair verdiyi təlimatlar kobud şəkildə pozulur. Hətta vərəm və şəkərli diabet xəstələri belə pulsuz dərmanla təmin olunmurlar. Yalnız bir neçə adda ucuz və az effektli həb preparatları xəstələrə pulsuz verilir. Digər tərəfdən isə Rasim Gözəlov və Əziz Mikayılov rayonun maliyyə idarəsinin rəhbərliyi ilə qeyri-qanuni işbirliyinə girərək dərman preparatlarının satın alınması əsasında dövlət vəsaitlərinin mənimsənilməsi ilə müşayiət olunan maliyyə maxinasiyalarını həyata keçirirlər.

Bu barədə dia-az.life-ı bilgiləndirən mənbə iddia edir ki, yaxın günlərdə Sabirabad səhiyyəsində total yoxlama gözlənilir: “Əgər bu qərar verilibsə və səhiyyə nazirliyi də artıq bir kadrı ilə bağlı məlum hərəkətlənməyə xeyir-dua veribsə, deməli, Əziz Mikayılovun kitabı bağlanıb. Onu hətta korrupsiyada ittiham edib, qolları qandallana da bilər”.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt