Əsas Səhifə > Cəmiyyət, Güney Press, Manşet > Vəhabilərin radikal qanadının liderinə Azərbaycandan çıxış qadağan edildi
Vəhabilərin radikal qanadının liderinə Azərbaycandan çıxış qadağan edildi28-04-2014, 11:45 |
DİA.AZ: - Azərbaycan vəhabiləri ilə bağlı ilginc məlumat yayılıb. DİA.AZ-ın elektron ünvanına daxil olan həmin məlumatı olduğu kimi diqqətinizə təqdim edirik: “Azərbaycan Vahhabilərin "Xavaric-Cihad-Təkfirci" qolunun rəhbəri Əlixan Musayev barədə şok məlumatlar yayıldı.Yayılam məlumatlar Azərbaycanda sələfilərin lideri kimi tanınmış Qamət Süleymanovun haqlı olduğunu göstərdi. Qaraçuxur məscidində dindarlar arasında yayılan məlumata görə Əlixan Musayevə Azərbyacandan çıxmaq qadağan edilmişdir.Bunun səbəbi onun Türkiyəyə gedərək Türkiyədə Suriyada savaşan ərəb cihadistlərlə əlaqə qurmasıdır.Əlixan Musayev xaricə gedişi qadağan edildiyi üçün cihadistlərlə işlərini xalası oğlu Mübariz Qaradağlı davam etdirir. Bəzi dindarlar isə düşünür ki,Əlixan Musayev özü yalandan yayıb ki ölkədən çıxış ona qadağan edilib.Əslində özü Türkiyəyə getməyə qorxur ki, Türkiyə polisi onu həbs edər. Türkiyədəki cihadist dostlarına verdiyi vədləri yerinə yetirməkdən qorxduğu üçün onlara yalandan deyir ki,ölkədən çıxmaq ona qadağan edilmişdir”. Geri qayıt |