Əsas Səhifə > Cəmiyyət, Manşet > "Südçülük" sovxozunun yetirməsi bu gün Xızını dizin-dizin süründürür

"Südçülük" sovxozunun yetirməsi bu gün Xızını dizin-dizin süründürür


29-04-2014, 13:31
"Südçülük" sovxozunun yetirməsi bu gün Xızını dizin-dizin süründürür
İlk növbədə qeyd edək ki, o, rəhbərlik etdiyi İcra Hakmiyyətinin rəsmi internet ünvanında bu günədək cəmiyyəti maraqlandıracaq məlumatların yerləşdirilməsini təmin etməyib. Elə icra başçısının ali təhsili ilə bağlı məlumatın gizlədilməsi də, bu qənaəti gücləndirir. Lakin X.Aslanovun rayondakı "günahları” təkcə bununla bitmir.

Xırdalan Südçülük Sovxozunda fəhlə, sonra məhkəmə katibi, ”"İRS” kooperativində Beynəlxalq Əlaqələr şöbəsinin inspektoru, "Fədai” kooperativinin sədri, Aslan R.Q” kiçik müəssisəsində kommersiya direktoru, "ER-COMPANY LTD”-də mütəxəssis, Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyində əməliyyatçı,"European-Tabacco-Baku” ASC-da Marketinq şöbəsinin baş əlaqələndiricisi, European-Tabacco-Baku” ASC-da Marketinq şöbəsinin baş əlaqələndiricisi, Xanlar Rayon İcra Hakimiyyəti Başçısının sosial-iqtisadi məsələlər üzrə müavini, Xanlar rayon İcra Hakimiyyəti Başçısının I müavini, Yardımlı rayon İcra Hakimiyyəti Başçısı və hazırda Xızı rayon İcra Hakimiyyəti Başçısı vəzifəsində çalışan Xəzər Aslanov nədənsə dövlətin və hakimiyyətin maraqlarına və həmçinin Prezidentin bir sıra sərəncamlarından irəli gələn məsələlərə də əməl etməməkdədir.Xəzər Aslanovun16 min nəfərə yaxın əhalisi olan Xızıda kadr potensialını dəyərləndirə bilmədiyi də üz çıxıb. Belə ki, yerli İcra Hakimiyyətlərinin əsasnaməsi dəyişsə də, icra başçısı buna uyğun kadrları işlə təmin etməkdən yayınıb. İş o yerə çatıb ki, Rayon İcra Hakimiyyətinin özündə kifayət qədər vakant iş yerləri var. İşsizliyin tüğyan etdiyi, diplomlu gənclərin bazarlarda və tikinti sahələrində fəhləlik etdiyi bir dönəmdə Xəzər Aslanovun özünün rəhbərlik etdiyi qurumun əhəmiyyətli şöbələrini işçisiz saxlaması, çox qaranlıq məsələdir.

Xızı Rayon İcra Hakimiyyəti Aparatının İnformasiya təminatı və təhlil sektorundda bir yer bu günədək boşdur. İcra Hakimiyyətinin saytında göstərilən sektorun müdiri Azər Məmmədov, belə çıxır ki, hələ də vakant saxlanılan «Aparıcı məsləhətçi» vəzifəsinin səlahiyyətlərini də icra etməkdədir.Maraqlı burasıdır ki, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi və digər şöbələrə bütün vəzifələrə işçi alan X.Aslanov strateji sahələri kurasiya etməkdə məsul olan İctimai-siyasi və humanitar məsələlər şöbəsini isə tamamı ilə işçisiz və başsız qoyub. Belə ki, 5 əlavə ştat vahidi olan şöbədə müdir təyinatı da həyata keçirilməyib.Şöbəyə işə götürülən iki baş məsləhətçi Pərvanə Saday qızı Həsənova və Tünzalə Adil qızı Hüseynova da sınaq müddətindədir. Digər üç baş məsləhətçi vəzifəsinə isə, ümumiyyətlə, sınaq üçün də kadr cəlb olunmayıb. Bir sözlə, X.Aslanov Prezidentin sərəncamı ilə "Yerli İcra Hakimiyyətlərinin Əsasnaməsi"nin təsdiqlənməsinə baxmayaraq, deyəsən bu bu şöbəni ümumiyyətlə, mənasız sayıb.

Ancaq icra başçısı X.Aslanovun prezident sərəncamına və qanunlara hörmətsizliyi bunlarla da bitmir.

Araşdırma zamanı aydın olub ki, X.Aslanov Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinə də «ögey» münasibət göstərib. Belə ki, bu şöbənin nə müdiri, nə də ştata götürülmüş işçisi var. Baş məsləhətçi vəzifəsi də hələ sahibini gözləyir. Şöbədəki yeganə aparıcı mütəxəssis vəzifəsinə alınan Azər Novruzov isə stajçıdır.Vaxtı ilə 53 kolxozu olmuş Xızıda X.Aslanovun ən orjinal addımını isə hələ də İcra Hakimyyətinin Aqrar məsələlər şöbəsinin müdiri və Böyük məsləhətçi (aqranom) vəzifələrinə kadr təyin etməməsində görmək olar. Maraqlıdır ki, həmin şöbəyə Böyük məsləhətçi (zootexnik) vəzifəsinə işçi alınsa da, cənab Aslanov rayona hələ də baş aqronom lazım olmadığını düşünür.

Paytaxt və əyalət rayonlarında tikinti, abadlaşdırma yaşandığı bir ərəfədə icra başçısı rayona baş memar təyin etmədiyi də düşünməyib. Görünür, südçülükdən icra başçısı postuna yüksələn X.Aslanov Xızıda hər şeyi «qatıq» istehsalı gözüylə görür. Əks halda Memarlıq və tikinti şöbəsinin vakant saxlanılan Şöbə müdiri və aparıcı məsləhətçi (Mühəndis) vəzifələrinə çoxdan təyinat həyata keçirərdi. İcra başçısı isə bunları etmək əvəzinə, özünü sürücü və katibəylə təmin etməyi unutmayıb. Hər halda bu faktları dəqiqləşdirmək üçün çox uzağa getmək lazım deyil. Elə www. khizi-ih.gov.az saytına baxmaq kifayət edər ki, əsas diqqəti rayonun səfalı yerlərini şəxsiləşdirən X.Aslanovun başqa nə işlərlə məşğul olduğu aydınlaşsın…

Məsələylə bağlı İcra Hakimiyyətinin mövqeyini də dinləməyə hazırıq.

Geri qayıt