Əsas Səhifə > Cəmiyyət, Manşet > Fətullah Gülən Allahşükür Paşazadəyə qarşı hərəkətə keçmə əmri verib

Fətullah Gülən Allahşükür Paşazadəyə qarşı hərəkətə keçmə əmri verib


7-05-2014, 12:05
Fətullah Gülən Allahşükür Paşazadəyə qarşı hərəkətə keçmə əmri verib
DİA.AZ: - Hələ nurçu və vəhabilərə qarşı ilk sərt açıqlamaları ilə diqqətə gələndə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadəyə qarşı bir mətbu savaş açıldı. Kampaniyanın arxasında kimlərin dayandığı da məlum idi. Şeyx barəsində müxtəlif böhtan dolu dezinformasiyaları cəmiyyətə ötürən bəlli şəbəkə nəhayətdə usandı.

DİA.AZ-a daxil olan informasiyalardan isə aydın olur ki, deyəsən, məlum çevrə yenidən aktivləşmək fikrinə düşüb və Paşazadəyə qarşı yeni kampaniya qərarı veriblər.

Məlumatlı mənbənin iddialarına görə, birbaşa olaraq Türkiyədəki Fətullah Gülən camaatından gələn sifariş əsasında Allahşükür Paşazadəyə qarşı KİV-lərdə təbliğatın aparılması planlaşdırılır: «Burada məqsəd Şeyxə bacarılan qədər zərbə vurmaqdan ibarətdir. Bu məqsədlə Fətullah Gülən camaatına aid şirkətlərdən birinin büdcəsindən yüklü miqdarda pul da ayrılıb. Yəni Türkiyədən gələn mesajda deyilir ki, «para sorun deyil». Bu isə Bakıdakı nurçu emissarlarını daha da fərəhləndirəcək».

Fətullah Gülən Allahşükür Paşazadəyə qarşı hərəkətə keçmə əmri verib

Məlumatı verən mənbə dia-az.life-a açıqlamasında onu da bildirib ki, Şeyxə qarşı total hücum kampaniyasının nədənlərindən biri də QMİ-nin məscidlərə vəhabi və nurçulara qarşı kitablar paylatdırması faktıdır. Qeyd edək ki, həmin kitablarda vəhabi və nurçuların müqəddəs hesab etdikləri tarixi şəxslər də hədəfə alınır.

Onu da bildirək ki, Şeyxə qarşı Türkiyədən sifarişi verilən növbəti kampaniyanın Fətullah Gülənin şəxsinin marağında olduğu da iddia edilir və hətta deyilir ki, Fətullah Gülən Şeyxlə bağlı bu günlərdə açıq fətva da verəcək.

Geri qayıt