Əsas Səhifə > Cəmiyyət, Güney Press, Manşet > Şahin Məmmədovla bağlı şikayətlərin ilginc statistikası
Şahin Məmmədovla bağlı şikayətlərin ilginc statistikası8-05-2014, 13:34 |
DİA.AZ: - «Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovla bağlı şikayətlər Prezident Administrasiyası tərəfindən araşdırılır və kimsə zənn etməsin ki, vətəndaş müraciətləri rəsmi qurumlar tərəfindən qulaqardına vurulur». Bunu DİA.AZ-a açıqlamasında hökumət içindəki məlumatlı mənbə bildirib. Qaynağın verdiyi bilgiyə görə, konkret olaraq Ağcabədinin icra başçısı ilə bağlı son bir ayda 200-dən artıq vətəndaş müraciəti ayrı-ayrı dövlət orqanlarına ünvanlanıb: «Artıq bu şikayət məktubları ümumiləşdirilib və aydın olur ki, vətəndaşlar bir kimsədən yox, daha çox elə icra başçısının özündən narazıdırlar. Aparılan təhlilə görə, vətəndaşların giley-güzarının təxminən 73 faizi Şahin Məmmədovdandır, 27 faizi isə digər yerli məmurlardan. Bundan əlavə, başçıdan şikayət edən vətəndaşların böyük əksəriyyəti - təxminən 64 faizi məhz sahibkarlar, fermerlərdir». Mənbə bildirir ki, bütün bu araşdırmaların yekunu birbaşa olaraq ən üst quruma çatdırılıb: «Təbii ki, bu araşdırma Şahin Məmmədov üçün heç də ürəkaçan nəticə ilə bitməyə bilər». Qarşı tərəfi də dinləməyə hazırıq… Geri qayıt |