Əsas Səhifə > Cəmiyyət, Manşet > Fətullah Gülən camaatı indi də komitə sədri olmaq istəyən Səyyad Aranı hədələdilər

Fətullah Gülən camaatı indi də komitə sədri olmaq istəyən Səyyad Aranı hədələdilər


11-05-2014, 11:02
Fətullah Gülən camaatı indi də komitə sədri olmaq istəyən Səyyad Aranı hədələdilər
DİA.AZ: - Elşad İsgəndərovun rəhbərlikdən alınmasından sonra Dini Qurumlarla İş üzər Dövlət Komitəsi ətrafında müxtəlif oyunların getməsi barədə informasiyalar yayılır. Bu arada isə komitəyə yeni sədrin təyin olunacağı haqda da xəbərlər aktuallığını qorumaqdadır. Əsas namizəd kimi isə, keçmiş diplomat – hazırda DQİDK-də sədr müavini postunu tutan Səyyad Aranın olduğu deyilir.

DİA.AZ bildirir ki, elə Səyyad Aranın özü də Elşad İsgəndərovun gedişindən spnra fəallaşıb ki, bu da deyilınlərdə müəyyən qədər həqiqət payının olmasından xəbər verməkdədir.

Amma deyəsən, Səyyad Aranı sevməyənlər, onun komitə sədri olmasını istəməyənlər də var ki, həmin şəxslər artıq indidən hərəkətə keçiblər. Fətullah Gülən camaatına yaxınlığı hiss ediləb qaynaqda hətta Səyyad Arana xitabən bir hədə xarakterli şantaj müraciəti də yayılıb.

DİA.AZ olaraq həmin müraciəti diqqətinizə çatdırırıq:

“Səyyad Aran deyəsən, Dini Komitənin sədri olamq üçün Hizmet Hərəkatına qarşı danışmağa başlayıb. Azərbyacanda qəribə sindrom yaranıb. Kim vəzifəyə getmək istəyirsə, Nurçular və Vəhabilər əleyhinə danışmalıdır.
Səyyad Arana xatırlatma.
Səyyad Abi coşma.
İstanbulda Konsul işləyənə Bizim Hizmət Hərəkatının "Kaynak " Holdinqinə nə işin var idi? Kaynak Holıdinqin başkanı büyüyümüz Naci Tosunla tatlı yeyib şaka yapan günləri unutdunmu?
Kaynak Holdinq nə qədər sənin tədbirlərinə maliyyə və medya dəstəyi olurdu. Bu tədbirlərdən sonra Türkiyədə Azərbyacan səfiri belə olmağa can atdın. Amma alınmadı. Bizim kanalımızla belə neçə dəfə dilə gətirirdin ki, Türkiyədə səfir olsan, daha çox Hizmət Hərəkatına yardımçı ola bilərsən.
Bu günlərini nə tez unutdun?

Səyyad Abi, büyüklərimiz dedi ki, “şimdilik resimlər kalsın medyaya vermeyin, Seyyad Abimiz akıllı adam, iyi bilir böyle işleri”.

Səyyad Abi, sənə bir sirr deyim. Komitə sədri olmaq istəyirsənsə, oğluna denən çayxanalarda vəhhabilərlə nə işi var? Tez-tez toplanırlar...
Komitədə baş verənləri evdə oğluna çox danışırsan. Sənin vasitənlə Komitədə baş verənləri hamı bilir. Komitənin işləri çayxanalarda müzakirə olunur.
Oğlunun bir həftə əvvəl dediyini də xatırlatım.
Komitədə əsas işləri görən atamdır. Elşad İsgəndərov onusuz da işləmirdi ki... Bütün günü xaircdə səfərlərdə idi. Atam bütün işləri aparır və Komitə sədri olacaq.

Səyyad Abi, Nurçulara və Vəhabilərə qarşı mübarizə aparacaqansa, birinci öz qoumlarından başla. Qohumlarının içərisində vəhabiler iki qrupa bölünür. Qamət Süleymanovla oturanlar və bir də Suriyada Cihada dəstək verən Əlixan Musayevlə oturanlar. Qohumların belə dini zəmində bir birini qırır. Sən Azərbaycanda dini durumu necə düzəldəcəksən”.

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt