Əsas Səhifə > Cəmiyyət, Manşet > İsmət Abbasovun kadrı yeni əkin-bizin sezonuna maxinasiya ilə başladı

İsmət Abbasovun kadrı yeni əkin-bizin sezonuna maxinasiya ilə başladı


19-05-2014, 11:09
İsmət Abbasovun kadrı yeni əkin-bizin sezonuna maxinasiya ilə başladı
Əksər bölgəlrdə olduğu kimi, Neftçala rayonunda da taxıl biçininə hazırlıq işləri gedir. “Aqrolizinq” ASC-nin rayon filialında 14 kombayn təmir edilərək, hazır vəziyyətə gətirlib.

Yerli mənbələrdən infom.az-a daxil olan məlumata görə, bunu texnkianı icarəyə götürmüş şəxslər öz hesablarına təmir ediblər. Mənbə bildirir ki, 1 taxıl kombaynının biçin mövsümünə hazılanması üçün ən azı 3500 manat vəsait xərclənir: “ASC bu məqsədlə öz hesabından xeyli məbləğ təşkil edən vəsaiti silir. Amma faktiki olaraq xərci biçində iştirak edəcək mexanizatorlar çəkib.”

Əldə etdiyimiz digər məlumata görə, Dövlət hesabına “Aqroliznq” ASC-nin xətti ilə respublikaya gətirilən ehtiyat hissələri birbaşa Sumqayıt bazarına ötürülür.

İsmət Abbasovun kadrı yeni əkin-bizin sezonuna maxinasiya ilə başladı

Baş verənlərlə əlaqadar filialın direktoru Vaqif Qurbanovdan münasibət öyrəmmək cəhdimiz nəticə vermədi- adamı nə iş yerində tapa bildik, nə də telefon zəngimizə cavab verdi.

Taxılbiçən kombaynların icarədarları təmiri öz hesablarına aparmağa məcbur olduqlarını dedilər: “Bunu etməsəydik, texnika əlimizdən çıxardı. Bu şərtə razılaşan o qədər adam var ki. Etiraz etsəydik, kombaynı bizdən alıb onların icarəsinə verərdilər.”

Maraqlıdır, təmir üçün əvvəl çəkilən 3500 manat, biçin vaxtı ortaya çıxan digər xərclər necə çıxarılır?

Bir də axı xərcləri çıxarmaqla iş bitmir- gün altında səhərdən axşamadək texnika idarə edən, toz udan şəxsin də mənfəəti olmalıdır.

İcarədarlar bildirir ki, mövsüm ərzində bir texnika ilə təxminən 1000 hektaradək zəmini biçmək olur: “Biçini “Aqrolizinq”in müəyyən etdiyi qiymətdən 5 manat baha aparmaqla 5 min manat əlavə vəsait toplanır ki, bu da bütün xərcləri qapayır. Hər gün 1-2 kisə “xırman payı” da olur. Amma zülm onda olur ki, biçinin qızğın çağında texnika sahədə xarab olub qalsın və onun təmiri xeyli müddət və vəsait tələb etsin- onda icarədar zərərə düşür.”

Yerli sakinlərdən onu da öyrəndik ki, bu rayonda hələ də sovet dövründən qalma taxılbiçən kombaynlar dövriyyədə qalır və texnika sahiblərinin əldə etdiyi qazancın çox hissəsini təmir xərcləri “udur”.

Qeyd edək ki, ötən illər ərzində taxıl biçini zamanı əksər rayonlarda kombayn çatışmazlığı müşahidə edilib. Biçinin vaxtında aparılmaması məhsuldarlığa da ciddi təsir göstərir, bəzi fermerlərin çəkdiyi zəhmət və xərc hədər gedir.

Baş verənləri nəzərə alan Kənd Təsərüfatı Nazirliyi artıq respuplikaya 157 yeni taxıl kombaynlaırının gətirilməsini təşkil edib.

Geri qayıt