Əsas Səhifə > Cəmiyyət, Manşet > Hakimiyyətiçi qüvvələr əsas döyüşü parlament seçkisi ərəfəsinə saxlayıblar

Hakimiyyətiçi qüvvələr əsas döyüşü parlament seçkisi ərəfəsinə saxlayıblar


21-05-2014, 12:01
Hakimiyyətiçi qüvvələr əsas döyüşü parlament seçkisi ərəfəsinə saxlayıblar
DİA.AZ: - Son bir neçə gündə hakimiyyətin həm gələnilki parlament seçkilərinə və həm də yeni kadr islahatlarına ciddi tədarük görməsilə bağlı müxtəlif informasiyalar yayılmaqdadır. Bildiriləni odur ki, iqtidar düşərgəsində əsasm təlatümlər bu ilin sonlarından etibarən start götürəcək və hətta qarşıdan gələn bələdiyyə seçkilərinə belə ciddi şəkildə təsir göstərmiş olacaq.

Bununla bağlı DİA.AZ-ı bilgiləndirən hökumət içindəki mötəbər mənbələr iddia edir ki, parlament seçkilərinə qədər böyük dəyişikliklər mütləq şəkildə baş verəcək:

«Çünki parlament seçkiləri əslində hakimiyyətin simasıdır. Yəni bununla iqtidar düşərgəsində hansı qüvvələrin sözünün ötkəm olduğu, kimlərin çıxdaş edildiyi nəzərə çarpdırılır. 2005-ci ilin parlament seçkilərində keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev böyük namizəd heyəti ilə iştirak edirdi. Xatırlayırsınızsa 50-dən yuxarı iş adamı ciddi namizəd kimi seçkilərə qatılmışdı.

Amma Fərhad Əliyev həbs edildikdən sonra bir-birinin ardından onun tövsiyyəsi ilə seçkilərə qatılan sahibkarlar namizədlikdən geri çəkildilər».

Mənbə dia-az.life-a bildirir ki, yəni hər şey parlament seçkilərinə qədər həll olunmalıdır ki, iqtidar düşərgəsinin bundan sonra yola kimlərlə davam edəcəyi məlum olsun: «Konkret olaraq kimlərin mövqelərini itirəcəyini söyləmək bəri başdan qeyri-mümkündür. Çünki vəziyyət kifayət qədər dəyişkən və oynaqdır. Dünənə qədər mövqeləri zəif olanlar bu gün hücuma keçirsə, ertəsi gün da əks hadisəni müşahidə edə bilərik. Yəni yekun qərar məhz prosesin başlanğıcında verilmiş olacaq».

Geri qayıt