Əsas Səhifə > Cəmiyyət, Manşet > Qızının ölümündən şübhələnən ana Zakir Qaralovdan kömək istədi

Qızının ölümündən şübhələnən ana Zakir Qaralovdan kömək istədi


29-05-2014, 12:57
Qızının ölümündən şübhələnən ana Zakir Qaralovdan kömək istədi
DİA.AZ: - Salyan rayonu Aşağı Noxudlu kənd sakini Eyvazova Şirinbəyim Bayram qızı baş prokuror Zakir Qaralova şikayət məktubu ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a göndərilən məktubun mətnində deyilir:

“Hörmətli baş prokuror Zakir Bəkir oğlu Qaralov. Artıq ikinci dəfədir ki, sizə müraciət edirəm! 02.04.2014-cü ildə qızım Cəfərova (Eyvazova) Afət Ağakərim qızı öz yaşadığı evdə - Salyan rayonu Aşağı Noxudlu kəndində ilkin versiya olaraq güya özünü asaraq intihar etdiyi bildirilən naməlum hadisə baş verib. Bir ana olaraq deyirəm ki, qızımın özünə qəsd etməsi versiyası ilə razı ola bilmərəm. Ona ğöqrə ki, 07.11.1973-cü il təvəllüdli qızımın bir qızından artıq iki qız nəvəsi var, o bir qızı Az.Pedaqoji Universtetinin axrıncı kursunda oxuyur nişanlıdır, oğlu Şirvan şəhərində texnikomda oxuyur və özu də zəhmətkeş, fiziki cəhətdən sağlam bir qadın idi.

Kənd orta məktəbində xadimə işləyirdi. Təsərrüfatla məşğul olurdu. Amma onu deyə bilərəm ki, ölən günə qədər uzun müddət həyat yoldaşı ilə münaqişəli həyat sürürdü. Bunu onun uşaqlqrı, qonşuları və qohumları təsdiq edə bilərlər. Ölməmişdən 5-10 dəqiqə qabaq onun qızına etdiyi zənglər də bunu subut edir. Artıq istintaq gedir. Ana olaraq hiss edirəm ki ,qızımı öldürüb asıblar, ya da qızımı məcburi asıblar. Qızımın asıldığı yerdə ayaqaltı stul olmayıb. Boynuna asılan ip sürüşkən deyil, düyünlənmiş halda idi. Onun asıldığı yer qızımın boyuna bərabər olub. Ayağı yerə dəyən səriştəsiz adam özünü asa bilməz.

Yəni ki, onun müstəqil olaraq özünü asmaq üçün heç bir səbəbi yox idi. Bir ana kimi onun olüsünü görəndə dəhşətə gəldim. Çünkü onun əynindəki paltar onun gündəlik geydiyi paltar deyildi və onun baş tərəfinin arxa sağ tərəfi qaralmışdı. Əynindəki paltar ona sonradan geyindirilmişdir. İstintaqın gedişindən mənə bəlli oldu ki, həmin gün geydiyi və düymələri qırılmış xalat maddi subut kimi hadisə yerindən götürülməmişdir. Bu haqqda daha məlumatlı, onun ölümündən qabaq zəng etdiyi kiçik qızıdır.

Ancaq o, ata qohumlarının təsiri və qorxusu altında olduğu üçün həqiqəti söyləyə bilmir. Qızımın oğlu (nəvəm) dörd mərasimi qurtarana qədər bizdən xahiş edirdi ki, atamdan şikayət etməyin, evi mənim adıma keçirəcək. Mərhumun meyiti yarılaraq daxili müayinə olunmadan basdırılmışdır. Bu barədə biz sonradan bildik və dörd gündən sonra rayon prokroruna müraciətimiz əsasında meyit cıxarılaraq tibbi ekspertizaya göndərildi.

Hətta meyitin daxili orqanlarının tibbi ekspertiziyaya getməsinə, ölümündən qabaq mərhum ananın zəng etdiyi qızı və Şirvan şəhərində texnikumunda oxuyan oğlu imkan vermək istəmirdilər. Bu hadisənin peşəkar istintaq qrupuna ehtiyacı var. Ölüm hadisəsinin bir ay tamam olmasına baxmayaraq artıq iki müstəntiq dəyişib və buna baxmayaraq şübhəıi şəxs qismində heç kim saxlanılmayıb.

Azərbaycan Respublikasının Baş Prokuroru kimi sizə inanıram və ona görə də sizdən xahiş edirəm ki, bu istintaqın hərtərəfli və ədalətli aparılması üçün peşəkar istintaq qrupunun fəaliyyət göstərməsində öz köməkliyinizi əsirgəməyəsiniz. Ümüdim ancaq sizədir!”

Bütün maralı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt