Əsas Səhifə > Cəmiyyət, Manşet > Qax icra başçısının tender və qohumçuluq maxinasiyaları

Qax icra başçısının tender və qohumçuluq maxinasiyaları


30-05-2014, 11:44
Qax icra başçısının tender və qohumçuluq maxinasiyaları
DİA.AZ: - Qax rayon İcra Hakimiyyəti yol tikintisini fiziki şəxslərə etibar edir. Dövlət Satınalmaları Agentliyinin məlumatına görə, fiziki şəxs Kazım Hümmətov Aşağı Malax kəndinə gedən yolun təmiri üzrə tenderi udub. İş büdcəyə 157 min 175 manata başa gələcək.

Bu, özəl sahibkarlarla ilk əqd deyil. 2005-ci ildən onun 8 ərizəsi olub. Şəhərin bir sıra küçələrini (Dağıstanlı, C. Əhmədzadə, İ.Mustafayev, V. Eyvazov, S.Qocayev və s.) Hümmətov təmir edib. İşin keyfiyyəti barədə portallarda rəsmi məlumat yoxdur.

Ekspertlərə görə, Azərbaycanda tenderlər formal xarakter daşıyır.

Bununla bağlı DİA.AZ-a Qaxdan daxil olan məlumatlarda deyilir ki, Kazım Hümmətov heç də Qax rayon icra hakimiyyətinin başçısı Şəkiliyev Musa üçün təsadüfi adam deyil. Məlumatı dia-az.life-a verən mənbə bildirir ki, Şəkiliyev Musa ilə Kazım Hümmətov əslində ortaqdırlar və inşaat işləri də məhz bu səbəbdən Kazım Hümmətova həvalə edilir. İcra başçısı hətta o qədər tələskənlik edib ki, Kazım Hümmətov üçün ayrıca inşaat şirkəti qurmağı belə ağlına gətirməyib.

Mənbə bildirir ki, ümumiyyətlə, rayonda «ailə podratı» ilə fəaliyyət göstərən icra başçısı yaxın qohumlarına da müxtəlif dövlət təşkilatlarında «ölü canlar» kimi pul qazandırır. Belə ki, adları işdə gedən başçının qohumları dövlətdən qanunsuz olaraq maaş alırlar.

Məsələn onlardan biri, icra başçısı Musa Şəkiliyevin yaxın qohumu olan Şəkiliyev Baba Qax rayon icra hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində «baş mütəxəssis-sürücü» kimi qeydiyyatdadır.

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt