Əsas Səhifə > Cəmiyyət, Güney Press, Manşet > Masallıda fermerlərə “racon” kəsilib

Masallıda fermerlərə “racon” kəsilib


5-06-2014, 17:07
Masallıda fermerlərə “racon” kəsilib
Bu il havaların quraq keçməsi kənd təsərrüfatı məhsularının istehsalı üçün əlverişli sayılmasa da, dənli bitkilərin biçinini müəyyən qədər qabağa salıb.

Artıq br neçə gündür ki, Masallı rayonunda arpa biçininə start verilib. Bu məqsədlə rayonda qərargah da yaradılıb. Qərargaha “Aqrolizinq” ASC-nin Masallı rayon filialının direktoru Eldar Hüseynovla Rayon İcra Hakimiyyətinin aqrar məsələlər üzrə müavini Nəsir Muxtarlı başçılıq edir.

Taxıl strateji məhsul hesab edildiyindən təsərrüfat sahibləri nəyin bahasına olursa-olsun, biçini itkisiz başa vurmaq niyyətindədirlər.

Masallı fermerləri məhsuldarlıqdan şikayətçi deyillər.

Lakin onları narahat edən məsələ rayonda yaradılan qərargahda növbə əldə etmək məqsədi ilə boş yerə hər hekarın biçini üçün əlavə 10 manat pul ödəmələridir .

Verilın məlumatda qeyd olunur ki, Aqrolizinq” ASC-i tərəfindən respublika üzrə 1 ha zəminin biçin haqqı 27 manat müəyyən edilib. Lakin artıq əksər rayonlarda qiymət artımı müşahidə edilir. Bununla belə ətraf rayonlarda biçin haqqı 30-35 manat olduğu halda, məlum səbəbdən Masallıda bu, 40-45 manata başa gəlir.

Fermerlər hazır məhsulun sahədən mənzil başına daşınması üçün nəqiliyyat xərci olaraq hər tona görə əlavə 8 manat da ödəməli olur.

Statistik məlumata görə Masallıda cari ilin məhsulu üçün 5 277 ha taxıl, 2 881 ha apra,1 671 ha vələmir olmaqla 9 829 hektar sahədə dənli bitki əkilib.

Bu rayonda biçin xərci olaraq fermerlərdən hər hektara görə 10 manat artıq tutulması ümumilikdə 98 min manat izafi xərc yaradır.

Masallılı fermerlər bundan narazı qalsa da, il boyu gözlədikləri məhsulu itkisiz biçdirmək xatirinə deyilən qiymətlə məcburən razılaşır və etiraz edə bilmirlər.
infom.az-a danışan təsərrüfat sahibləri bildirdilər ki, əkilən sahələri vaxtında biçə bilsələr, hər hektardan orta hesabla 25 -30 sentner məhsul götürmək olar.

Rayonda dənli bitkilərin biçininə 45-yə yaxın kombayn cəlb edilib. Bununla belə “Aqrolizinq” ASC-nin filalının balansında olmayan şəxsi kombayınlarda qərrgaha üzv olunub.

Geri qayıt