Əsas Səhifə > Cəmiyyət, Manşet > Ziya Məmmədovun Bərdədəki adamı sürücülərin başına hansı oyunu açır?
Ziya Məmmədovun Bərdədəki adamı sürücülərin başına hansı oyunu açır?13-06-2014, 14:44 |
DİA.AZ: - Redaksiyamıza bir qrup Bərdə sakini adından şikayət məktubu daxil olub. DİA.AZ-a müraciət edən sakinlər qeyd edirlər ki, ailələrini dolandıra bilmələri üçün onlar şəxsi maşınlarından taksi kimi istifadə edirlər. Sürücülərin dia-az.life-a yazdıqları müraciətlərində deyilir: «Biz ailəmizi dolandırmaq üçün nə quldurluq edirik, nə də cinayət. Halal zəhmətimizlə pul qazanmaq istəyirik. Amma buna yerli qurumlar əllərindən gələn şəkildə maneçilik törədirlər. Xüsusən də Bərdə rayonunda yerləşən avtovağzalın rəhbərliyi». Sürücülər dia-az.life-a yazırlar ki, onlar maşınları ilə avtovağzalın qarşısında fəaliyyət göstərirlər: «Təxminən 300-ə yaxın maşındır. Hər gün bizdən 3 manat avtovağzalın müdiri tərəfindən pul yığılır. Buna etiraz etmirik. Amma bu puldan da əlavə olaraq Avtovağzalın müdiri Adil Nəbiyev tərəfindən bizə əlavə haqq qoyulub və bu pulları ödəməyənlər ərazidən uzaqlaşdırılır. Biz isə taksi sürücüsü olaraq müştərinin bol olduğu ərazi kimi ordan uzaqlaşmaq istəmirik. Dəfələrlə Adil Nəbiyevlə mübahisəmiz olub. O, isə təkcə Avtovağzalın ərazisinin yox, onun ətrafının da özünə aid olduğunu, şəxsi mülkü olduğunu bildirir». Adil Nəbiyevin doğru-dürüst adam olmadığını iddia edən sürücülər avtovağzal müdiri ilə bağlı ilginc faktları da açıqlayırlar. Lakin bu barədə konkret dəlil-sübutumuz olmadığından həmin məqamları ictimailəşdirmirik. Sürücülər daha sonra dia-az.life-a müraciətlərində bildirirlər ki, Adil Nəbiyev onlarla mübahisəsində dəfələrlə bildirib ki, Avtovağzal onun şəxsi mülküdür: «Hətta bizə deyir ki, binanın üzərindəki «Avtovağzal» sözünü silib, «Bura mənim evimdir» də yaza bilər. Yəni binanın şəxsən ona aid olduğunu iddia edir». Qarşı tərəfi də dinləməyə hazırıq… Geri qayıt |