Əsas Səhifə > Cəmiyyət, Manşet > Kərəm Həsənovla yanaşı, qardaşı da iqtidardaxili güc mərkəzinin hədəfindədir

Kərəm Həsənovla yanaşı, qardaşı da iqtidardaxili güc mərkəzinin hədəfindədir


17-06-2014, 13:35
Kərəm Həsənovla yanaşı, qardaşı da iqtidardaxili güc mərkəzinin hədəfindədir
DİA.AZ: - Tarixə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin yaxın adamı və həm də onun həbsində rol oynayan bir sima kimi keçən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun hədəfdə olduğu bu gün bir sıra media orqanlarında komitə sədrinə qarşı aparılan kampaniyadan da sezilməkdədir. Aşkar surətdə duyulur ki, artıq Kərəm Həsənovun «kitabını bağlamaq» istəyirlər. O da eynən nəqliyyat naziri Ziya Məmmədov, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, «Azenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev kimi bəlli mətbuatın nişangahında olduğundan Kərəm Həsənovu kimlərin meydandan çıxarmaq istəməsini təxmin etmək o qədər də çətin deyil.

Kərəm Həsənovun aqibətinin bu şəkli alacağı isə mənəvi baxımdan gözlənilən də hesab oluna bilər. Hər halda, zamanında Fərhad Əliyevin sayəsində hakim elitaya qəbul edilən bir fiqur olaraq Kərəm Həsənovun məhz «yetim ona çörək verənə qarşı gedər» prinsipindən çıxış etməsilə bir növ hazırki yaşantılarını «haqq edirmiş» kimi görsənir.

Kərəm Həsənovla yanaşı, qardaşı da iqtidardaxili güc mərkəzinin hədəfindədir

DİA.AZ-a daxil olan informasiyalarda vurğulanır ki, Kərəm Həsənov da «vurulacaq» məmurlar sırasındadır və onunla bağlı da aparılan kampaniya həm səbəbsiz deyil, həm də nəticəsiz olmayacaq.

Bütün tədarüklərin isə bu ilin sonlarına hesablanmış total kadr islahatları dönəminə hesablandığı da aşkar surətdə duyulur. Xatırladaq ki, bu barədə ayrı-ayrı KİV-lərdə yer alan informasiyada qeyd olunurdu ki, 2014-cü ilin sonları, 2015-ci ilin əvvəlinə təsadüf edəcək dövrdə iqtidar düşərgəsində iç qruplaşmalar arasındakı balansı darmadağın edəcək kardinal dəyişikliklərin həyata keçirilməsi nəzərdə tutulub.

Bu dəyişikliklərin isə hansı məcrada davam edəcəyini təxmin etmək o qədər də çətin deyil.

DİA.AZ-a verilən informasiyalardan aydın olur ki, təkcə Kərəm Həsənov yx, onun iş adamı-deputat qardaşı da hədəfdədir: «Təbii ki, Həsənov qardaşları da zamanında həbsxanaya yolladıqları Fərhad və Rafiq Əliyev qardaşlarının aqibətinin bənzərini yaşamalı olacaqlar. Çünki onlar bu illər ərzində çoxlarına problem yaradıblar və indi də özləri eyni qaydada problemi yaşamalı olacaqlar».

Mənbənin iddialarına görə, Həsənov qardaşlarının «vurulmasında» bu gün iqtidar düşərgəsinin «bel sütunlarından biri» kimi qəbul edilən nüfuzlu məmur maraqlı olduğundan prosesin durdurulması və yaxud da ertələnməsi istisnadır.

Geri qayıt