Əsas Səhifə > Cəmiyyət, Güney Press, Manşet > İllərin DYP şefi Ramiz Zeynalovun da erası bitmək üzərədir

İllərin DYP şefi Ramiz Zeynalovun da erası bitmək üzərədir


24-06-2014, 15:11
İllərin DYP şefi Ramiz Zeynalovun da erası bitmək üzərədir
DİA.AZ: - Az əvvəl məlumat verərək bildirmişdik ki, bir qardaşı Zaqatala ayon icra hakimiyyətinin başçısı postunu tutan (Mübariz Əhmədzadə), digər qardaşı isə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsini tutan (Əhməd Əhmədzadə) Əhmədzadə qardaşları çətin günlərini yaşayırlar. Belə ki, Zaqatala RİH-ə rəhbərlik edən Mübariz Əhmədzadənin böyük yeyintidə ittiham olunması hər iki qardaşın kürsülərini təhlükəyə atıb.

DİA.AZ-a daxil olan bir başqa məlumatlardan isə aydın olur ki, daha bir qardaş məmurlar da heç də arzulanan günlərini yaşamırlar. Söhbət Dövlət Yol Polisinin rəisi Ramiz Zeynalovla onun qardaşı – Tovuz rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışan Tofiq Zeynalovdan gedir. Qeyd edək ki, adətən Azərbaycanda bütöv bir nəslin hansısa bir rayonda bütün vəzifələrə sahib olması məsələsi gündəmə gələrkən ilk olaraq Ağsunun adı çəkilirdi. Səbəb rayonun icra başçısı Ənvər Seyidəliyevin bütün qohumlarına yüksək vəzifələr verməsi göstərilirdi. Amma Ağsu bu sırada ilk deyilmiş…

DİA.AZ-ın apardığı araşdırmalar nəticəsində məlum olub ki, Ağsunun rəqibi olan rayon Tovuzdur. Belə ki, Tovuzun icra başçısı Tofiq Zeynalov rayondakı bütün vəzifələrə yalnız və yalnız öz qohumlarını təyin edib. Kənar şəxslərin burada vəzifə tutması yalnız 3-4-cü dərəcəsi işlərdə mümkündür. Onların irəli çıxması isə mümkün deyil.

Qeyd edək ki, belə dövzülməz vəziyyətin yaranmasına rəğmən, Zeynalov durumu idarə edə bilib. Hətta bu məsələni mətbuatın da diqqətindən müxtəlif üsullarla yayındırmağı bacarıb. Qohumlar arasında təkcə Zeynalovlar deyil, həmçinin qudalar, əqrabalar, əmizadələr, dayızadələr də var. Məqsəd isə rayonu rahatlıqla idarə etməklə yanaşı, həm də yol verilən yeyinti hallarının asanlıqla gizlədilməsidir.

DİA.AZ hazırda Tovuzda vəzifə başında olan icra başçısının bütün qohumlarının adını dəqiqləşdirib. Onlarla bağlı kiçik dəqiqləşdirmədən sonra isə oxucularımıza təqdim edəcəyik.

Bu barədə redaksiyamıza danışan məlumatlı mənbə bildirir ki, əslində bütün bunlar məhz DYP rəisi Ramiz Zeynalovun mövqeyinin sayəsində baş tutub. «Amma artıq sondur» deyən məlumatlı mənbənin dia-az.life-a bildirdiyinə görə, hakimiyyətin növbəti ələmə prosesində ilk əvvəl Tofiq Zeynalovun, ardından da Ramiz Zeynalovun görəvdən alınması planlaşdırılır. Mənbəyə görə, dəyişiklik bu ilin sonlarına qədər yekunlaşacaq.

Geri qayıt