Əsas Səhifə > Cəmiyyət, Manşet > Bakıda müsəlmanlara qənim kəsilən terrorçuları təbliğ edənlər kimlərdir?
Bakıda müsəlmanlara qənim kəsilən terrorçuları təbliğ edənlər kimlərdir?27-06-2014, 14:12 |
DİA.AZ: - Bu gün İraq və Suriya, habelə digər müsəlman ölkələri üçün Qərbin yeni bəlası - İŞİD adlı bir terrorçu dəstə təhlükə kimi çıxış etməkdədir. Təbii ki, İŞİD-in arxasında dünyanın xristian güclərinin dayandığı faktdır. Maraqlı orasıdır ki, bu gün İŞİD-ə demək olar ki, bütün müsəlman ölkələrindən, hətta Azərbaycandan belə döyüşçülər səfərbər olunur. Yəni bu da Qərbin bir layihəsidir. Müsəlmanı elə öz gücü ilə məhv etmək… İŞİD-in Azərbaycanla bağlı planları Bu barədə mətbuatda yetərincə bilgi verilib. İŞİD ilk olaraq elə hədələdiyi dövlətlər sırasında Azərbaycanı gördüyünü gizlətmədi. Azərbaycanla yanaşı, qardaş Türkiyənin və həmçinin İranın da yer üzündən silinməsini hədəfləyən İŞİD-in açıqladığı məqsədləri sırasında ölkəmizə qarşı olduqca iyrənc niyyətləri var. Xəbər verildiyi kimi, İŞİD qruplaşmasının quracaqları xilafəti necə təsəvvür etdiklərini əks etdirən xəritəsi yayılıb. Xəritədə əsas hədəflərdən biri də Azərbaycandır. Mətbuatın İŞİD-in xəritəsi üzərində apardığı araşdırmada maraqlı detallar ortaya çıxıb. Belə ki, xəritə üzərində əski əlifba ilə yazılmış ərazilər İŞİD-in yaradacağı əmirliklərin tərkibində veriləcək. Xəritəyə görə, Azərbaycan üç hissəyə bölünəcək. Şimali Azərbaycanın kiçik bir hissəsi Kürdüstan əmirliyinin, yerdə qalan hissəsi isə Qafqaz əmirliyinin tərkibinə daxil ediləcək. Cənubi Azərbaycan isə bütövlükdə İsfəhan və Kürdüstan əmirlikləri arasında bölüşdürüləcək. Əski əlifba ilə hazırlanmış xəritə belədir: Xilafət Anadolu (Türkiyə ləğv olunur), Urubbə (Cənubi Avropa), Şam (İndiki Suriya, İrodaniya, Fələstini, İsrail), Əndəlüs (İspaniya və Portuqaliya), Qafqaz, İsfəhan, Kürdistan (İran və Azərbaycan şiə ölkələri kimi ləğv edilir), Xorasan ( bütün Orta Asiya respublikaları, Pakistan və Əfqanıstan) , Məğrib və Həbəşistan (Afrikanın Şimal və mərkəz hissələri) əmirliklərinə bölünür. İŞİD-i Bakıda təbliğ edənlər var Təbii ki, İŞİD-ə əgər Azərbaycandan səfərbərlik varsa, deməli, bu terror təşkilatının təbliğatçıları da var, təşviqçiləri də. Bunları Azərbaycan dövlətinin müvafiq qurumları bilmirmi? Hər halda, bu gün ölkəmizin milli təhlükəsizlik sisteminin kifayət qədər güvənli olması təəssüratı olduğundan nəhayətdə İŞİD-in Azərbaycan bürosunun birdəfəlik olaraq ləğv olunacağı istisna deyil. Bu barədə DİA.AZ-a danışan məlumatlı mənbə iddia edir ki, bu gün ayrı-ayrı ünvanlarda İŞİD-i təbliğ edən, onların döyüşlərini əks etdirən video, audio və nəşr materialları geniş şəkildə təbliğ olunur. Mənbənin söylədikləri: «Bu kimi yerlər ilk əvvəl müəyyən olunmalıdır. Əks halda, Azərbaycan vətəndaşları - Qarabağ kimi müqəddəs borcu olan Azərbaycan vətəndaşları Suriyada, İraqda bir-birilərinə qarşı döyüşüb, qanlarını murdarcasına axılacaqlar. Onlar bu döyüşlərinin adına şəhidlik deyirlər. Amma Allah yanında ən günah işi tuturlar. Müsəlman müsəlmanın qanını axıdırsa, heç bir halda cənnətlə mükafatlandırılmaz. Bu gün Azərbaycan vətəndaşlarının bir qismi İranın təsiri ilə Suriyada Bəşər Əsədə əsgərlik edir, digər qismi də vəhabilərə qoşularaq öz qardaşlarının da yer aldığı səngərə qarşı savaşır. Bu rəzalətin, bədbəxtliyin qarşısı alınmalıdır». Geri qayıt |