Əsas Səhifə > Cəmiyyət, Manşet > ŞOK: Prezidentin mühafizə idarəsinin rəhbərliyi dəyişdirilə bilər

ŞOK: Prezidentin mühafizə idarəsinin rəhbərliyi dəyişdirilə bilər


4-07-2014, 12:23
ŞOK: Prezidentin mühafizə idarəsinin rəhbərliyi dəyişdirilə bilər
DİA.AZ: - «Gələn ilki parlament seçkilərinə qədər dövlət başçısının mühafizə xidmətində yeniliklər olacaq». Bu ilginc məlumatı DİA.AZ-a hökumət içindəki qaynaqlar ötürüb. Mənbə iddia edir ki, çoxdan bəri gedəcəyi söylənilən Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundovun və həmçinin onunla yola getmədiyi haqda mətbuatda yetərincə bilgilər səsləndirilən XDMX rəisinin müavini, prezidentin şəxsi mühafizə idarəsinin rəisi Bəylər Əyyubov təqaüdə göndəriləcək.

Hər halda, Bəylər Əyyubovun bu gün kifayət qədər çəkili fiqur olması, həmçinin onun prezidentə olduqca yaxın bir şəxs kimi dəyərləndirilməsi deyilənləri inandırıcı etməsə də, mənbə iddia edir ki, Bəylər Əyyubovun özü də bu qərara sayğı ilə yanaşır: «Çünki elə öz yerinə gətiriləcək kadr Bəylər Əyubovla da razılaşdırılıb».

Mənbəmiz onu da əlavə etdi ki, gözlənilən dəyişiklik Bəylər Əyyubovun «vurulması» kimi qiymətləndirilməsə də, Vaqif Axundov bu qərarla həm də iqtisadi imkanları üzərindəki hökmranlığı da itirmiş olacaq.

Geri qayıt