Əsas Səhifə > Cəmiyyət, Manşet > Ağsunun icra başçısı ilə bağlı şok faktlar yayıldı - Seyidəliyev Xırdalanda kimə ev hədiyyə edib?

Ağsunun icra başçısı ilə bağlı şok faktlar yayıldı - Seyidəliyev Xırdalanda kimə ev hədiyyə edib?


7-07-2014, 12:50
Ağsunun icra başçısı ilə bağlı şok faktlar yayıldı - Seyidəliyev Xırdalanda kimə ev hədiyyə edib?
DİA.AZ: - Redaksiyamıza Ağsunun icra başçısı Ənvər Seyidəliyevdən şikayət m əktubu daxil olub. Narazılıq edən vətəndaşlar bildirir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun qohumu olan Ənvər Seyidəliyev məhz qohumuna arxalanaraq rayonda rəsmən özbaşına bir mühit formalaşdırıb. DİA.AZ-a daxil olan məlumatda deyilir ki, kəsdiyi başa sorğu-sual olmayan icra başçısı hətta yerli sakinlərin yeganə dolanışıq yeri olan - əkin-biçin yerlərinə də tamah salır.

Rayondakı qaynağın dia-az.life-a söylədikləri: «İcra başçısı bu gün əslində yerli əhaliyə məxsus olan təxminən 500 hektara yaxın torpaq sahəsini ələ keçirib. Halbuki Ağsu camaatı həmin ərazidə taxıl əkərək dolanışığını təmin edirdi. Bununla bağlı dəfələrlə məsələ qaldırılsa da, xeyri olmadı. Səlim Müslümovun Dövlət Sosial Müdafiə Fondundan ƏƏSMN-yə nazir keçməsi Ənvər Seyidəliyevin mövqelərini daha da möhkəmləndirdiyindən bu gün də başçıya söz deyən tapılmır».

Onu da bildirək ki, redaksiyamıza Ənvər Seyidəliyevlə bağlı çox ciddi ittihamların yer aldığı informasiyalar da ötürülüb ki, bu xəbərlərdən bəzilərini araşdırmaq qərarına gəldik. Bəzilərini isə etik normalara uyğun olaraq işıqlandıra bilmirik.

Belə ki, dia-az.life-a verilən informasiyaya görə, Ənvər Seyidəliyev nazir qohumuna o qədər güvənir ki, hətta özünə Xırdalanda əyləncəli həyat tərzi də qurub. Mənbənin söylədikləri: «Ağsu camaatından oğurlanan pullar hesabına Xırdalanda münasibətdə olduğu bir qadına 2 otaqlı ev alıb və istirahət günlərini orada keçirir. Təbii ki, belə şeylər yerli sakinlərin əsəblərini tarıma çəkir. Camaat başçıdan bununla bağlı da dəfələrlə izahat istəyib.

Amma buna baxmayaraq adı həm də qumar oynayan bir icra başçısı kimi çəkilən Ənvər Seyidəliyev hər kəsə hərbə-zorba gəlir. Yerli sahibkarlara da nazirin adından müxtəlif vədlər verir, onları şirnikləndirir ki, bəs ƏƏSMN-nin, habelə digər nazirliklərin tenderlərinin qalibi olmaları üçün onlara köməklik edə bilər. Təbii ki, bu köməkliklərin də qarşılığı olur».

Onu da bildirək ki, digər faktlarla əlaqədar DİA.AZ olaraq araşdırma aparırıq. Yaxın vaxtlarda daha geniş materialı diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin…

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt