Əsas Səhifə > Cəmiyyət, Manşet > ŞOK: Hakimiyyət daha iki məmuru Fətullah Gülənə yaxınlığı səbəbindən «vurur»

ŞOK: Hakimiyyət daha iki məmuru Fətullah Gülənə yaxınlığı səbəbindən «vurur»


10-07-2014, 13:08
ŞOK: Hakimiyyət daha iki məmuru Fətullah Gülənə yaxınlığı səbəbindən «vurur»
DİA.AZ: - Hakimiyyətin nurçulara qarşı hərəkətlənməsi neçə müddətdir ki, səngimiş kimi görünsə də bu, müvəqqəti xarakter daşıyır. Bu barədə DİA.AZ-a hökumət içindəki məlumatlı mənbələr informasiya ötürüb.

Xəbəri verən qaynaq iddia edir ki, qeyd olunan proses zamanı iki yüksək ranqlı dövlət məmuru - Prezident Administrasiyasının sabiq şöbə müdiri Elnur Aslanov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Elşad İsgəndərov vəzifələrindən alındı ki, bu şəxslərin xəbəri qardaş Türkiyədə «Gülən camaatının məmurları vəzifədən atıldı» başlığı ilə təqdim olundu.

Yəni burada aşkar şəkildə qeyd olunurdu ki, hər iki dövlət məmurunun, habelə nurçulara aid təhsil və digər istiqamətdəki obyektlərin hədəfə alınmasında həmin hücumlar ərəfəsində Bakıya səfər etmiş Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın kifayət qədər ciddi təsiri var idi.

Bilgili qaynaqlardan dia-az.life-a ötürülən informasiyada qeyd olunur ki, «nurçu ovu»nun yeni dalğası da məhz qardaş Türkiyədən sifariş edilib. Mənbənin söylədikləri: «Rəsmi Ankara Bakını Fətullah Gülənə yaxın olan iş adamlarına və iki nüfuzlu məmura qarşı sərt davranmağa çağırıb və bu günlərdə Türkiyənin baş nazirinin məlum ismarıcı Azərbaycan hakimiyyətinin üst düzəyinə ötürülüb. Bu səbəbdən yaxın günlərdə daha iki vəzifəli şəxsin vəzifəsindən azad olunacağı gözləniləndir».

Mənbəmiz konkret olaraq hansı məmurların və hansı qurumların hədəfə alınacağını söyləməsə də, ehtimal olunur ki, adı dəfələrlə nurçularla qoşa çəkilən və Fətullah Gülənlə şəxsi münasibətlərinin də olduğu iddia edilən «Azərsu»nun sədri Qorxmaz Hüseynov «nurçu ovu»nun yeni dalğasının əsas qurbanlarından biri olacaq.

Geri qayıt