Əsas Səhifə > Cəmiyyət, Manşet > Kərəm Həsənovun Ucardakı adamı narazılığa səbəb olur
Kərəm Həsənovun Ucardakı adamı narazılığa səbəb olur16-07-2014, 11:56 |
DİA.AZ: - Keçmiş siyasi məhbus müstəqil jurnalist hüquq müdafiəçisi Fuad Hüseynov DİA.AZ-a müraciət ünvanlayıb. Müraciətin mətnini olduğu kimi diqqətinizə təqdim edirik: "Əvvəlki müraciətimdə bildirmişdim ki Ucar rayonunun Azərbaycan küçəsi ərazisində atama məxsus torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16-saylı ərazi idarəsinin rəisi Ədalət Cabbarov tərəfindən qanunsuz olaraq başqa şəxsin adina qeydiyyata alınmışdır.Bunun açıq-aşkar cinayət faktı olmasına baxmayaraq heç bir tədbir görülmürdü.Çünki DƏDRX-nin 16-saylı ərazi idarəsinin rəisi Ədalət Cabbarovdan başqa bu cinayət əməlində digər vəzifəli şəxslərində əli var.Bu cinayət faktı ilə əlaqədar torpaqları qanunsuz özgəninkiləşdirilmiş digər şəxslərlə birlikdə Prezident İlham Əliyev başda olmaqla mərkəzi orqanlara şikayətlər etdik.Bundan sonra Ucar rayon İcra Hakimiyyəti başçısı Yaşar Məmmədov cavab məktubu göndərərək qeyd etmişdir ki, həmin əraziyə baxış keçirilərkən tikintiyə icazə sənədi olmadan həqiqətən qanunsuz qazma işləri aparıldığı müəyyən edilmişdir və görülmüş tədbirlər nəticəsində ərazidə aparılan işlər dayandırılmış, Sizə məxsus torpaq sahəsinin zəbt olunması halı aşkar edilmişdir. Bu cavab məktubu təsdiq edir ki DƏDRX-nin 16-saylı ərazi idarəsinin rəisi Ədalət Cabbarov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək , vəazifə həddini aşaraq, vəzifə saxtakarlığı edərək atama , bacıma və rayon sakini Kütah Əliyevaya məxsus torpaq sahəsini Etibar Qasımovun adına qeydiyyata aldırmışdır.Bu korrupsiya cinayəti ilə əlaqədar biz Prezidentə, Baş Prokurora, DİN-ə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə, Ucar rayon prokuroruna , Polis Şöbəsinə və digər orqanlara müraciətlər etmişik. DƏDRX-nin 16-saylı ərazi idarəsinin rəisi Ədalət Cabbarovun qanunsuz əməllərindən rayonda çoxlu sayda insanlar əziyyət çəkirlər .Onun bu əməlləri barədə qanunu tədbirlərin görülməməsi haminin təcübünə səbəb olub. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə əsasən Hamı qanun və məhkəmə qarşısında bərabərdir.Qeyd edim ki həmin torpaq sahəsi 1997-ci ildə sərəncamla atama verilmiş, 2005-ci ildə Ucar bələdiyyəsindən satın alınmış, 2010-cu il tarixdə isə Dövlət Reyestri Xidmətində qeydiyyata götürülmüşdür ..Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə müraciət edib xahiş edirəm bu korrupsiya cinayətini arşdırıb DƏDRX-nin 16-saylı ərazi idarəsinin rəisi Ədalət Cabbarovun barəsində qanunu tədbirlər görülməsinə göstəriş verəsiniz .Onun bu əməlində cinayət tərkibinin olması artıq subut olunub. Geri qayıt |