Əsas Səhifə > Cəmiyyət, Manşet > Etibar Pirverdiyev Ucar sakinlərinə zülmət yaşadır
Etibar Pirverdiyev Ucar sakinlərinə zülmət yaşadır21-07-2014, 15:01 |
DİA.AZ: - Keçmiş siyasi məhbus, müstəqil jurnalist , hüquq müdafiəçisi Fuad Hüseynov tərəfindən DİA.AZ-a müraciət ünvanlanılb. Müraciət müəllifi dia-az.life-a yazır: “Biz neçə gündür ki , Ucar rayonunda elektik enerjisinin verilməsi dayandırılıb. Nəticədə isə rayon sakinləri əziyyət çəkirlət. Ucar Paylayici Elektirik şəbəkəsinin rəisi Gülhan Zülfüqarov bunu aparılan təmir işləri ilə əlaqələndirir. Ancaq əslində Ucar rayon ərazisindəki elektirik cəryan paylayıcılarının ( trasfarmator ) əksəriyyətinin isdifadəyə yararsız olmasıdır ki, bununla əlaqədər heç bir tədbir görülmür. Nəticədə isə elektirik enerjisinin verilməsi dayandırılır. Demək olar ki, ay ərzində dəfələrlə elektirik enerjisinin verilməsi dayandırılıb ki, bunu da hər dəfə təmirlə əlaqələndirirlər. Ramazan ayı ilə əlaqədər oruc tutan insanlar işıqsız qalıb əziyyət çəkirlər. Qeyd edim ki, rayon ərazisində elektirik dirəklərinin çoxu ağacdandır, yararsız vəziyyətdədir. Elektirik xəttləri qanuna müvafiq qaydada çəkilməmişdir ki, buda ciddi təhlükədir , yanğına səbəb yarada bilər . Mən mətbuat vasitəsi ilə aidiyyatı orqanlara müraciət edib xahiş edirəm ki, yerində araşdırma aparıb, tədbir görəsiniz. Rayon zülmət qaranlığa qalıb”. Geri qayıt |