Əsas Səhifə > Cəmiyyət, Güney Press, Manşet > Ziya Məmmədovun ərşə qalxan yol korrupsiyası
Ziya Məmmədovun ərşə qalxan yol korrupsiyası25-07-2014, 12:07 |
DİA.AZ: - Asiya İnkişaf Bankı (AİB) Nəqliyyat Nazirliyinə Masallıdan Salyanın Şorsulu kəndinə avtomobil yolu (63 km) çəkmək üçün vəsait ayırıb. AİB və Azərbaycan hökumətinin rəyinə görə, layihənin ümumi qiyməti $ 625 milyondur. Avqustda $ 250 milyon ayrılması təsdiq ediləcək. Ekspert Azər Mehdiyevin fikrincə, beynəlxalq maliyyə institutlarının investisiya layihələrində iştirakı yaxşıdır. Onların mütəxəssisləri beynəlxalq normativləri əsas götürür, korrupsiyaya imkan vermir və s. Azərbaycanda da belədirmi? Beynəlxalq maliyyə institutlarının maliyyələşdirdiyi Bakı-Hacıqabul yolu (120 km) dəfələrlə tənqidə məruz qalıb. Yol 30 il istismar edilməli idi, amma hər il ən azı 2 yerində təmir gedir. DİA.AZ bildirir ki, "Turan" agentliyinin şərhçilərinin fikrincə, dünyanın heç bir ölkəsində hətta asfalt beton yolun 1 km-i $ 10 milyona başa gəlmir. İspaniyada 8 zolaqlı yolun 1 km-i $ 1,8 milyon, ABŞ-da $ 2 milyon, Finlandiyada $ 2,8 milyon, Rusiyada $ 3,3 milyon, Almaniya və Fransada $ 5 milyondur. Hər kilometrin qiyməti yolun eni və qalınlığı, ƏDV, layihə sənədləri xərci, torpaq lınması, kommunikasiyaların köçürülməsi və s nəzərə alınmaqla müəyyənləşir. Bundan başqa, Azərbaycanda kəskin iqlim yoxdur. Amma istehsalın inhisarlaşdırılması, hökumətin və siyasi hakimiyyətin Nəqliyyat Nazirliyinə lobbiçilik etməsi var. Demək korrupsiaya faktını da inkar etmək olmaz. Asiya İnkişaf Bankının mənzil-qərargahı Filippində yerləşir. AİB-in 67 üzvü var. Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür, bankın kapitalında 0,5% paya malikdir. Geri qayıt |