Əsas Səhifə > Cəmiyyət, Manşet > Təhlükə: Masallıda bir kəndin sakinləri risq altında yaşayır
Təhlükə: Masallıda bir kəndin sakinləri risq altında yaşayır30-07-2014, 12:22 |
Masallı rayonunun bir kəndinin əhalisi elektrik dirəklərinin qəzalı vəziyyətə düşməsi səbəbindən küləkli və yağışlı havada evlərindən çıxa bilmirlər. JAM.AZ xəbər verir ki, rayonun Güllütəpə kəndində elektrik dirəklərinin istismar müddəti başa çatmaqla yanaşı, həm də əksəriyyəti qəzalı vəziyyətə düşüb. Kənddə olduğu müddətdə əməkdaşımış onlarla elektrik dirəyinin sıradan çıxdığını, elektrik naqillərinin isə torpağın üzərinə düşdüyünü müşahidə edib. Hətta iş o həddə təhlükəli vəziyyət alıb ki, adicə orta səviyyəli külək əsərsə, həmin dirəklər vətəndaşların evlərinin damlarına aşaraq düşəcək. JAM.AZ-ın əməkdaşının bildirdiyinə görə, sakinlər yaranmış təhlükli vəziyyətdən dolayı uşaqlarını belə həyətdə oynamaq üçün evdən burxamağa qorxurlar. Çünki aşmaq həddində olan dirəklərin fəlakət törədə biləcəyindən narahatdırlar. Bununla əlaqədar Masallı Rayon Elektrik Şəbəkəsi İdarəsinə dəfələrlə ediləm müraciətlərə isə əhəmiyyət verən yoxdur. Oradan yalnız deyilən budur ki, elektrik dirəklərinin dəyişdirilməsi ilə bağlı onlara nə təlimat verilib, nə də bu işi görmək üçün vəsaitləri var. Hətta idarə rəsmiləri tövsiyyədə verməyi unutmayıblar. Deyiblər ki, camaat özü həmin dirəkləri dəyişmək üçün pul yığsın və REŞ-in nümayəndələri də gəlib onu yerinə bərkitməyə hazırdırlar. P.S. Masallı Elektrik Şəbəkəsi İdarəsinin rəisini tanıyan, hətta bilən yoxdur. Və bununla bağlı olduqca maraqlı bir iddia var. Hazırda məsələni araşdırmaqla məşğuluq. Geri qayıt |