Əsas Səhifə > Cəmiyyət, Manşet > Ağsu sakinləri Səlim Müslümova icra başçısı olan qohumundan şikayət etdilər
Ağsu sakinləri Səlim Müslümova icra başçısı olan qohumundan şikayət etdilər1-08-2014, 15:32 |
DİA.AZ: - Əmək və Əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun qohumunun idarə etdiyi Ağsuda vəziyyət heç də ürəkaçan deyil. Bu barədə DİA.AZ-a müraciət edən bir qrup rayon sakini bildirir ki, icra başçısı Ənvər Seyidəliyev indi də yerli sahibkarlara qarşı hücuma keçib. Sahibkarların dia-az.life-a yolladığı müraciətdə deyilir: «Ənvər Seyidəliyevin adından sahibkarlardan yenə də pul yığmağa başlayıblar. Bir ara səngimişdilər. Görünür, Səlim Müslümov başçıya təpinmişdi. Çünki rayonad deyilirdi ki, nazir qohumunu danlayıb və ona deyib ki, kimisə şikayətçi salmasın. Çünki təkcə özünə görə yox, həm də Səlim Müslümova söz gələ bilər». Amma bu vəziyyət uzun çəkməyib. Narazı iş adamları bildirirlər ki, keçən həftə - Ramazan Bayramı ərəfəsində onlardan ucdantutma 100-500 manat arası pul yığıldı: «Adını qoydular ki, bayram sovqatı alıb, imkansızlara verəcəklər. Amma öyrəndik ki, həmin «fitrəpulu»nu mənimsəyiblər. Çünki rayonda nə iftar süfrələri açıldı, nə də hansısa yetimi sevindirdilər». Sahibkarların sözlərinə görə, bu həftə də icra başçısının adından gəlib, onlardan eyni qadydada pul tələb ediblər: «Bizə deyirlər ki, aylıqlar bərpa olunub. Biz də Səlim Müslümova mürəciət edirik. Saytınız vasitəsilə nazirə çatdırın ki, onun qohumu rayon camaatını canından bezdirib». Qarşı tərəfi də dinləməyə hazırıq… Geri qayıt |