Əsas Səhifə > Cəmiyyət, Manşet > Göyçayın icra başçısı keçmiş məhbusu şərləməyə çalışır
Göyçayın icra başçısı keçmiş məhbusu şərləməyə çalışır12-08-2014, 14:46 |
DİA.AZ: - Keçmiş məhbus Fuad Hüseunovun valideyni DİA.AZ-a şikayət məktubu ilə müraciət edib. Həyəcan dolu müraciəti olduğu kimi diqətinizə təqdim edirik: "Mənim oğlum keçmiş siyasi məhbus, müstəqil jurnalist Fuad Hüseynovu yenidən şərləyib həbs etmək istəyirlər. Səbəb isə budur ki, torpağımızın zəbt edilməsinə görə şikayətlər etdiyimiz üçün Ucar rayon İcra Hakimiyyəti başçısı Yaşar Məmmədovun qəzəbinə tuş gəlmişik .Beləki rayonun Azərbaycan küşəsi ərazisində bizə məxsus olan torpaq sahəsini Yaşar Məmmədovun tapşırığı ilə başqa şəxsin adına qanunsuz olaraq sənədləşdiriblər ki. bu cinayət faktıdır.Həmin torpaq sahəsini 1997-ci ildə sərəncamla almışıq ,2005-ci ildə Bələdiyyədən,2010-cu ildə isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən sənədlə almışıq,bütün qanunu sənədlərimiz var.Buna baxmayaraq həmin torpaq sahəmizi İcra başçısının tapşırığı ilə Qasımov Etibar Sırac oğlunun adına sənədləşdiriblər.Biz bu qanunsuzluq faktı ilə əlaqədar Prezident cənab İlham Əliyevə və digər aidiyyatı orqanlara şikayət ərizələri ilə müraciət etdikdən sonra, orada aparılan qanunsuz tikinti işləri dayandırıldı ki, buda icra başçısının qəzəbinə səbəb oldu. Buna görə də icra başçısı oğlum Fuadın yenidən şərləyərək həbs edilməsinə tapşırıq verib. Buna ğörə də tapşırıq verib ki ,ya narkotika ,ya xuliqanlıq və yaxud da hansısa qondarma cinayətlə oğlum Fuadı şərləyib həbs etsinlər.. Bizim ailə buna ğörə çox narahatdır.Keçən dəfə ki, həbsinə atası dözməyib dünyasını dəyişdi, bu dəfədə şərləyib həbs etsələr mənim ürəyim dayanacaq.. Bu barədə mən Prezident cənab İlham Əliyevə ,Mehriban xanım Əliyevaya ,Baş Prokurora , DİN-nə ,cənab Fuad Ələsgərova artıq müraciət etmişəm.Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə müraciət edirəm .Cənab Prezident mənim oğlum Fuadı 26.05.2014-cü il tarixli əfv sərəncamı ilə cəza çəkməkdən azad edib azadlığa .doğmalarına qovuşdurdunuz .Buna görə mən Sizə müraciət edib minnətdarlığımı bildirdim ki, ağbirçək ananın müraciətini nəzərə alıb oğlunu cəzadan azad etdiniz. . Allah Sizdən razı qalsın. Mən Sizə inanıram, ağbirçək ana kimi Sizdən xahiş edirəm oğlum Fuadın şərləyərək həbs etdirilməsinə imkan verməyəsiniz.Qanunsuzluğu icra başçısı özü edib ki, bizim haqq-halal torpağımızın başqasına satılmasına tapşırıq verib". Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |