Əsas Səhifə > Cəmiyyət, Manşet > Növbəti Milli Məclisin şəkli-şəmalı təxmini olaraq bəllidir

Növbəti Milli Məclisin şəkli-şəmalı təxmini olaraq bəllidir


14-08-2014, 12:49
Növbəti Milli Məclisin şəkli-şəmalı təxmini olaraq bəllidir
DİA.AZ: - «Qarşıdan gələn parlament seçkilərinə çox ciddi hazırlıq gedir. Müxalifət fil qulağında yatır. Amma hakimiyyət indidən parlament seçkiləri tədarükündədir». Bu sözləri DİA.AZ-a açıqlamasında deputatlardan biri işlədib. Mənbə iddia edir ki, artıq kimlərin gələn ilki Milli Məclisə seçkilərdə mandat almayacağı indidən bəllidir.

Mənbənin dia-az.life-a söylədikləri: «İndidən bəzi təxminlər də irəli sürmək olar. Məsələn, nurçu şəbəkəsinə aid hesab olunan deputatların heç biri mandat almayacaq. Amma bu da hamısı deyil. Maraqlı bir məqam var. Dünənə qədər hakimiyyətin dəstəkçilərindən hesab olunan Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, «Odlar Yurdu» Universitetinin rektoru Əhməd Vəliyev kimi şəxslər də yeni parlamentin tərkibində olmayacaq».

Mənbəmiz növbəti Milli Məclisin heyətində bir sıra xırda partiya sədrlərindən də imtinanın təzahürünə şahidlik edəcəyimizi dia-az.life-a açıqlamasında bildirib: «Onların əvəzində Müsavat partiyasından iki nəfər parlamentə buraxıla bilər. Hələlik qəti qərar olmasa da, hakimiyyət dəhlizlərində belə bir söhbətlər dolaşır».

Geri qayıt