Əsas Səhifə > Cəmiyyət, Manşet > Hesablama Palatasının işçiləri dövlət qurumlarını aralarında bölərək haqq yığırlar

Hesablama Palatasının işçiləri dövlət qurumlarını aralarında bölərək haqq yığırlar


26-08-2014, 11:32
Hesablama Palatasının işçiləri dövlət qurumlarını aralarında bölərək haqq yığırlar
DİA.AZ: - Deyəsən Heydər Əsədovun Hesablama Palatasının rəhbərliyindən alınaraq kənd təsərrüfatı naziri postuna təyin edilməsi adı birinci çəkilən dövlət qurumunun işbaz məmurlarına əməlli-başlı düşərli olub. Hər halda yeni rəhbərliyin təcrübəsizliyi ortaya ilginc mənzərəni çıxarıb. Bu barədə DİA.AZ-a daxil olan məlumatlarda deyilir.

Xəbəri redeksiyamıza verən qaynaq bildirir ki, məsələn, vaxtıilə atasının hesabına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda ali təhsilini başa vuran və hal hazırda Hesablama Palatasının auditoru postunu tutan Vaqif Həsənov Hesablama Palatasının yeni sədrinin səriştəsizliyi səbəbindən dövlət qurumlarını palatada çalışıan auditorlar arasında bölünməsindən əməlli-başlı faydalanıb. Belə ki, Vaqif Həsənovun payına Azərbaycan Dövlət Neft Şirkəti, Səhiyyə Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Gömrük Komitəsi düşüb. Bu barədə dia-az.life-a danışan mənbə bildirir ki, sözü gedən qurumlar Vaqif Həsənovun kurasiyasındadır.

DİA.AZ-a daxil olan məlumatlara görə, Hesablama Palatası hər il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən, büdcə vəsaitlərinin proqnozlaşdırılması və istifadə olunması üzrə auditin nəticələrinə dair hesabatı və rəyləri Milli Məclisə qeyri şəffaf təqdim edir. Burda isə palatanın auditorlarının xüsusi rolu var. Adətən dövlət qurumlarında audit yoxlamaların aparılması proseduru bu cür baş verir. Dövlət qurumlarında audit yoxlamalar daxili audit tərəfindən həyata keçirirlir. Sonda isə hesabatlar və rəyləri Hesablama Palatasına elə həmin qurumlar tərəfindən istənilən şəkildə təqdim edilir.

Güya bu qurumlarda məsul şəxslər tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına, ciddi maliyyə pozuntularına, çatışmazlıqlara, habelə saxtakarlıq və mənimsəmə hallarına yol verilməyib. Bunun müqabilində isə hər bir dövlət qurumu Hesablama Palatasına milyonlarla rüşvət verib şəffaflıqlarını təmin edə bilirlər. Vaqif Həsənova gəlincə isə onun missiyası dövlət qurumlarından yığılan milyonları "yuxarılara" çatdırmaqla özünün müəyyən faizini götürməkdən ibarətdər. Elə buna görə də Vaqif Həsənov son bir neçə ildə özünə Bakının Binəqədi rayonunda, Novxanıda və Mərdəkanda dəbdəbəli villalar ucaldıb.

Geri qayıt