Əsas Səhifə > Cəmiyyət, Manşet > Fətullah Gülənin Bakıdakı əsas adamlarından biri Azərbaycanı tərk etmək zorunda qalıb

Fətullah Gülənin Bakıdakı əsas adamlarından biri Azərbaycanı tərk etmək zorunda qalıb


28-08-2014, 14:21
Fətullah Gülənin Bakıdakı əsas adamlarından biri Azərbaycanı tərk etmək zorunda qalıb
DİA.AZ: - Bu arada redaksiyamıza Azərbaycandakı nurçularla bağlı olginc informasiya daxilolub. Belə ki, DİA.AZ-ın elektron ünvanına göndərilən məlumatda deyilir ki, “Azərbaycanda Fətullah Gülənin dini məsələlər üzrə imamı” kimi tanınan Mehmet Rıhtım ölkədən qaçıb.

dia-az.life-a daxil olan xəbərdə qeyd olunur ki, Mehmet Rıhtım Qafqaz Universitetinin müəllimi olmaqla bərabər "MİRAS Mədəni İrs" ictimai birliyinidə təsis edənlərdəndir. Adı çəkilən QHT-nin çətiri altında Mehmet Rıhtım Qafqaz Universiteti xaricində Nurçuluğu təbliğ edir, “İşıq Evləri” adlı toplantılar təşkil edir.

Xəbərdə deyilir: “Rəcəb Tayyib Erdoğan Bakıya gəlməzdən öncə Aərbaycanda dövlət içərisində hələ də gizli qalan Nurçular Mehmet Rıhtımın ölkədən qaçmasını məsləhət görüblər. Çünki Mehmet Rıhtıma Azərbaycanda cinayət işi açılacaq və sonra Tükiyənin tələbi ilə Türkiyəyə ekstradisiya ediləcəkdi”.

Onu da bildirək ki, DİA.AZ olaraq bu xəbəri dəqiqləşdirmək üçün Mehmet Rıhtımın şəxsi telefonuna dəfələrlə zəng etsək də, əlaqə yarada bilmədik. Hətta ismarıc buraxaraq, DİA.AZ-dan olduğumuzu bildirsək də, zənglərimiz cavabsız buraxıldı.

Buna rəğmən, yenə də bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

***

Elə bu dəqiqələrdə DİA.AZ-a Türkiyədən telefon açan Mehmet Rıhtım bəy bildirdi ki, bütün bu iddia olunanların heç biri həqiqətə uyğun deyil. Mehmet Rıhtım bəy bizimlə söhbətində qeyd etdi ki, həqiqətən də hazırda məzuniyyətdəri: "Türkiyə mənim vətənimdir və mən vətənimdəyəm hazırda. Deyilənlər də yalandır. O ki, qaldı Azərbaycandan birdəfəlik getməyimə, mən bu barədə qəti qaərar verməmişəm. Amma ən azından daha bir il Azərbaycanda çalışmaq niyyətim var"

Geri qayıt