Əsas Səhifə > Cəmiyyət, Manşet > 2-ci qrup hərbi əlilin torpağını kimlər mənimsəyib? – Qazax rayonunun məmurlarından prezidentə şikayət

2-ci qrup hərbi əlilin torpağını kimlər mənimsəyib? – Qazax rayonunun məmurlarından prezidentə şikayət


1-09-2014, 12:57
2-ci qrup hərbi əlilin torpağını kimlər mənimsəyib? – Qazax rayonunun məmurlarından prezidentə şikayət
DİA.AZ: - Qazax rayon, Ağköynək kənd sakini, 2-ci qrup hərbi əlil, Mürşüdov Tural Müştab oğlu prezident İlham Əliyevə və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətin mətnində deyilir:

“Hörmətli Prezident, cənab Ali Baş Komandan !

Məlumat üçün Sizə bildirmək istəyirəm ki, mən Silahlı Qüvvələrdə bir çox vəzifələrdə, gizir rütbəsində Azərbaycan Resbublikasının ərazi bütövlüyü uğrunda ön xətt bölmələrində xidmət etmişəm. Xəstəliklə əlaqədar təxris olmuşam, hal hazırda 2-ci qrup hərbi əliləm təxris olunduqdan sonra Ağköynək bələdiyyəsinə qanuna müvafiq olaraq yaşayış yerim olmadığı üçün müracirət edib, torpaq sahəsi ilə təmin olundum.

Eyni zamanda bələdiyyə tərəfindən və digər dövlət orqanları tərəfindən müvafiq sənədlərlə təmin olunmuşam, mənə ev tikmək üçün ayrılan torpaq sahəsinin hər bir dövlət və hüquqi sənədləri var. Lakin bir müddət bundan öncə mən öz torpaq sahəmdə tikinti işləri aparmaq üçün getdikdə Ağstafa sakini Mahmud adlı şəxs mənim torpağımı qanunsuz mənimsəyərək, mənim bütün sənətlərim olamasına baxmayaraq, “bu torpaq sahəsi mənimdir” deyir və həmin ərazini mənə hədə-qorxu gələrək mənimsəyib, məni öz torpağıma buraxmır.

Əlavə qeyd etmək istəyirəm ki, Nazirlər Kabinetinin qərarı ilə həmin torpaq Qazax rayonuna məxsusdur, necə ola bilər ki, Aqstafa sakini həmin yerə qaninsuz hökmranlıq edir. Heç bir dövlətin qanunlarına riayət etmir. Dəfələrlə də bu barədə Qazax rayon torpaq komitəsinin sədri Vəliyev Sərxana və kənd Bələdiyyə rəisi Süleymanov Salehə müraciət edirəm, mən əllilə baxmırlar, vaxtlarının olmamasını deyirlər. Sonradan mən Qazax rayonunun bütün rəhbər şəxslərinə, bələdiyyə rəisinə digər müvafiq orqanlara müraciət etdim lakin mənim müraciətimə heç baxmadı, mən hər dəfə icra məmurları ilə görüşəndə Mahmud bizi kobudcasına təhqir edir, hər dəfə bu yeri mənə Aqstafa rayon torpaq komitəsinin sədri verib və Aqstafa məhkəməsinin bu barədə hökmü var, bu kimi qalmaqalla mən öz yerimə yeyəlik edə bilmirəm, sonda məcbur qalıb, Hörmətli Cənab Prezident, Sizə müraciət edtmək qərarına gəldim.

Hörmətli Prezident, cənab Ali Baş Komandan !

Sizdən xahiş edirəm ki, yuxarıda qeyd etdiklərim barədə ciddi tədbir görülməsinə göstəriş verəsiniz və mənim torpağımın qaytarılıb özümə verilməsinə köməkdarlıq edəsiniz və sadə vətəndaşların hüquqlarının tapdalanmasına yol verməmələrinə tapşırıqlar verəsiniz”.

Qarşı tərəfi dədinləməyə hazırıq...

Geri qayıt