Əsas Səhifə > Cəmiyyət, Manşet > Azərbaycandakı radikal dini cərəyanların dövlət buxovuna salınmasına hazırlıq görülür
Azərbaycandakı radikal dini cərəyanların dövlət buxovuna salınmasına hazırlıq görülür5-09-2014, 13:48 |
DİA.AZ: - Azərbaycanda ayrı-ayrı təhlükəli dini sektaların meydan sulaması məsələsi hər zaman aktual olub. Əslində bu təhlükənin bir nədəni kimi də məhz ifrat demokratiya faktoru önə sürülüb. Yəni məhz demokratik dəyərlərin təntənəsi fonunda hətta təhlükəli qüvvələr belə asanlıqla şəbəkələşmə fürsəti əldə edirlər. Necə ki, illərdir Azərbaycanda mentalitetimizə zidd olan bir sıra dəyərləri məhz avropalaşma, demokratikləşmə adları altında yeritməyə çalışanlar var, eləcə də demokratiyanın boşluğundan istifadə edərək «insan haqqlarıdır» deyib təhlükəli dini cərəyanların missionerliyini edənlər də yetərincədir. Dövlətin bu məsələdə ehtiyatlı davrandığı isə bütün mənalarda hiss olunandı. Hər halda, bu gün Azərbaycan övladlarını öz torlarına salaraq, Suriya, Əfqanıstan, iraq və digər bu kimi ünvanlara aparıb qırdıran vəhabilərə qarşı onların ayrı-ayrı polis bölmələrində saqqallarının qırxılması ilə mübarizə aparmaq heç də yetərli hesab oluna bilməz. Amma burada dövləti də qınamaq olmur. Çünki həmin saqqalı qırxılan vəhabilər belə öz iç niyyətlərinin çirkinliklərini bildikləri təqdirdə belə «insan haqqları pozulub» deyə haray çəkirlər və yazıqlar olsun ki, bu işdə hakimiyyətə opponentlik edən qüvvələr də onların yanlarında dayanır. Halbuki hər kəs yaxşı bilir ki, sabah Suriyaya bir nəfəri döyüşə hazırlayan vəhabinin saqqalının qırxılması insan haqqlarının pozulması anlamını daşımır və yalnız və yalnız bu demokratiyanın qıydığı qədərində dövlətin özünü qoruma təşəbbüsləridir. Amma maləsəf ki, bu təşəbbüslər müxalifət tərəfindən fərqli ampluada yetərincə təqdim olunub. Bu gün isə vəziyyət kifayət qədər dəyişkəndir. Yəni həmin müxalif qüvvələr də artıq məsələnin fərqindədirlər və yaxşı anlayırlar ki, artıq məlum təhdid təkcə siyasi hakimiyyətin yox, bütünlükdə olaraq Azərbaycanın qapısını döyməkdədir. Ona görə də bu gün bir çox tanınmış müxaliflər belə vəhabi təhdidi zamanı İlham Əliyevin əsgəri olmağa hazır olduqlarını açıq şəkildə bəyan edirlər. DİA.AZ-ın əldə etdiyi informasiyalardan belə aydın olur ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni rəhbərliyi Azərbaycanda fəaliyyət göstərən ayrı-ayrı dini təriqətlərin fəaliyyətinin nəzarətə alınması üçün konkret sənəd hazırlayır. Məlumatı dia-az.life-a ötürən mənbə iddia edir ki, həmin sənəd əsasında Azərbaycanda qeyri-ənənəvi dini cərəyanların, xristian və islam təriqətlərinin fəaliyyəti dövlət buxovuna alınacaq. Mənbənin söylədikləri: «Əslində bu addım çoxdan atılmalı idi. Amma dini komitənin əvvəlki rəhbərləri daha çox cılız siyasi maraqların peşində oldular. Mübariz Qurbanlı isə YAP-dan gəlib və kifayət qədər dövlətçilik təcrübəsi olan bir şəxsdir. Ona görə də dini komitənin bu gün məhz dövləti qayğılandıran bir prosesə bu şəkildə həssaslıq nümayiş etdirməsi də anlaşılandır». Geri qayıt |