Əsas Səhifə > Cəmiyyət, Manşet > Nəsimi rayon icra hakimiyyəti başçısının daha bir böyük korrupsiyası

Nəsimi rayon icra hakimiyyəti başçısının daha bir böyük korrupsiyası


9-09-2014, 13:22
Nəsimi rayon icra hakimiyyəti başçısının daha bir böyük korrupsiyası
Nəsimi rayon Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi Laçın Mustafayev rayonun əsas oliqarxlarından birinə çevrilib. Bu barədə AZERİNFO.ORG-a ünvanlanan müraciətdə bildirilir ki, Nəsimi rayon icra başçısı Nəsib Məhəməliyevin sağ əli olan Laçın Mustafayevin rayonda çox saylı mülklərinin və obyektlərinin fəaliyyət göstərdiyi bildirilir.

Daxil olan məlukmatda bildirilir ki, Kommunal Təsərrüfat İstehsalat Birliyinə ayrılan pulları mənimsəməklə milyonerə çevrilən Laçın Mustafayevin hazırda gələn il Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarına ayrılan pulların bir qismini öz şirkətləri vasitəsi ilə mənimsəyir.

Qeyd olunur ki, Nəsimi rayon Kommunal Təsərrüfat İstehsalat Birliyin nəzdində 16 MKİS fəaliyyət göstərir. El arasında bu qurumlara JEK deyilir. Mənbəmiz bildirir ki, özünü dayanmadan “oda közə” vuran Laçın Mustafayev Nəsib Məhəməliyevin etimadını qazanıb və bu üzdəndə icra başçısı bütün rayonun taleyini Laçın Mustafayevə tapşırıb. Qazanılan etimaddan istifadə edən Laçın Mustafayev dövlət büdcəsindən ayrılan yüz min manatlarla vəsaiti müxtəlif işlərin görülməsi, təmiri, tikintisi adı altında sənədləşdirərək silir.

Hazırda Nəsimi rayon icra başçısının ən asan pul qazanmaq yerinin məhz Mənzil Təsərrüfat İstehsalat Birliyi olduğu qeyd olunur. Rayonun daxili büdcəsindən birliyə ayrılan vəsaitlər hesabına görülən işlərin qiyməti bir neçə dəfə şişirdilərək dövlət vəsaiti ciblərə axıdılır.

Məlumata əsasən Nəsimi rayonun bir çox küçələrindəki abadlıq, quruculuq işlərni Mənzil Kommunal İstehsalat Birliyi həyata keçirir. Icra başçısı gələn il Bakıda keçiriləcək Avropa Olimpiya Oyunları adı altında Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinə xətti ilə rayonun bəzi küçələrinə asfalt örtüyü çəkdirir. Bəzi küçələrdə isə səkilər təmir olunur. Səkilərin təmir edilməsi, bərpası işlərində külli miqdarda dövlət vəsaitinin mənimsənildiyi iddia olunur. Mənimsənilən dövlət vəsaitlərinin böyük bir hissəsinin Laçın Mustafayev tərəfindən icra başçısına çatdırıldığı iddia olunur.

Qeyd edək ki, Laçın Mustafayevin nəsimi rayonunda fəaliyyət göstərən obyektələri ilə bağlı məlumatları dəqiqləşdirdikdən sonra oxucularımıza təqdim edəcəyik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq… (azerinfo.org)

Geri qayıt