Əsas Səhifə > Cəmiyyət, Manşet > Qosqoca çağırış sisteminə başçılıq edən Arzu Rəhimovun başqa işi-gücü yoxdurmu?

Qosqoca çağırış sisteminə başçılıq edən Arzu Rəhimovun başqa işi-gücü yoxdurmu?


10-09-2014, 13:54
Qosqoca çağırış sisteminə başçılıq edən Arzu Rəhimovun başqa işi-gücü yoxdurmu?
DİA.AZ: - Bu gün barəsində ən çox şikayət edilən dövlət qurumlarından biri heç şübhəsiz başında general-leytenant Arzu Rəhimovun dayandığı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətidir desək, yanılmarıq. Hər halda, davamlı olaraq yerli mətbuatda SHXÇDX-nin ayrı-ayrı rayon idarələrindəki özbaşınalıqlarla bağlı materialları oxucular yaxşı tanıyırlar. Az qala hər çağırış sezonunda bu kimi faktlar mətbuatın «bəzəyinə» çevrilir.

Maraqlı olanı isə odur ki, Arzu Rəhimov başda olmaqda SHXÇDX-nin vəzifəli cavabdeh şəxsləri, hətta qurumun mətbuat xidməti belə səslənən ittihamları sükutla seyr etməkdədirlər.

DİA.AZ onu da bildirir ki, Arzu Rəhimovun idarəsi həm də «ən çox itki verən» dövlət qurumu kimi də diqqətə gəlir. Son iki il ərzində qurumun onlarla yetkilisinə qarşı ayrı-ayrı ittihamlar əsasında cinayət işi açılıb ki, bu da SHXÇDX-dəki durumu tam çılpaqlığı ilə ortaya qoymaqdadır.

Bir daha vurğulayırıq ki, bütün bunlara baxmayaraq SHXÇDX-nin yetkililəri susurlar. Biz də DİA.AZ olaraq öz növbəmizdə redaksiyamıza daxil olan şikayət ərizələrindən birinə hansısa formada cavab tapmağa çalışdıq. Və qurumun yetkililərini danışdıra bilmədiyimizdən SHXÇDX-nin rəsmi veb-səhifəsinə baş vurmaq qərarına gəldik.

Qeyd edək ki, dövlət qurumlarının rəsmi veb-səhifəsinə malik olması da bir məcburi prosesdir. Amma elə dövlət qurumları var ki (inanırıq ki, belə dövlət qurumlarının sayı çoxdur - red.), öz saytlarını həvəslə işləyir, gördükləri işlərin ictimailəşdirilməsinə xüsusi maraq göstərirlər.

Amma SHXÇDX-nin veb-səhifəsinə baxdıqda bunu müşahidə etmədik. Elə aşağıda təqdim etdiyimiz son yenilik başlıqlarından da bunu sezmək olar:

03 Sentyabr 2014
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov vətəndaşları qəbul edəcək

20 Avqust 2014
Arzu Rəhimov Tovuzda vətəndaşları qəbul edib

02 Avqust 2014
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov vətəndaşları qəbul edəcək

31 İyul 2013
Arzu Rəhimov Şəkidə vətəndaşları qəbul edib

Yəni anlaşılanı odur ki, işi-gücü yalnız digər vəzifə öhdəliyi olan - vətəndaşların rayonlarda simvolik, formal qəbulunu həyata keçirmək olan Arzu Rəhimovun başqa bir fəaliyyəti olmayıb ki, onun rəsmi veb-səhifəsində işıqlandırılsın.

DİA.AZ bildirir ki, biz veb-səhifəni çalışdıran SHXÇDX-nin əməkdaşlarını qınamırıq da. Adam nəsə etməlidir ki, onlar da xəbərə çevirib paylaşsınlar…

Yenə də qarşı tərəfi dinləməyə hazırıq…

Geri qayıt