Əsas Səhifə > Cəmiyyət, Güney Press, Manşet > “Quba-Nəqliyyat” ASC-nin kollektivinin başına açılan oyunlar

“Quba-Nəqliyyat” ASC-nin kollektivinin başına açılan oyunlar


18-09-2014, 11:39
“Quba-Nəqliyyat” ASC-nin kollektivinin başına açılan oyunlar
DİA.AZ olaraq Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə və surəti “Təzadlar” qəzetinə ünvanlanmış ilginc müraciəti ixtisarla təqdim edirik:

Bizim Sizə müraciətimizin əsas səbəbi bu günə kimi etdiklərimiz müraciətlərimizin həll edilmədən qalması, cəzasızlıqdan ruhlanaraq istədiyini edən “Quba-Nəqliyyat” Açıq Tipli Səhmdar Cəmiyyətinin hal-hazırki sədri, Bakı şəhəri S.Vurğun küçəsi ev 1, mənzil 13-ün sakini Əliyev Arif Məmməd oğlunun özbaşınalıqları, vəzifəsindən sui-istifadə edərək

ATSC-nin əmlakını sataraq külli məbləğdə sərmayəni mənimsəməsidir. Artıq əvvəllər də A.Əliyevin əməlləri barədə müxtəlif yuxarı instansiyalara çoxsaylı müraciətlər etmişik.

Müxtəlif instansiyalara, dövlət orqanlarına çoxsaylı müraciətlərimizə, A.Əliyevin əməlləri barədə tutarlı faktlara istinadən dürüst məlumatlarımıza baxmayaraq, A.Əliyev barədə heç bir ciddi tədbir görülməmiş, bu səbəbdən də A.Əliyev əməllərinə son qoymamış, əksinə daha da ruhlanaraq qanunsuz əməllərini hələ də davam etdirməkdədir. Onun ATSC-in sonuncu zəhmətkeş, qanuni üzvlərinin halal əmlakını, səhmlərini mənimsəyərək satması, qeyri-qanuni varlanması bir həqiqətdir ki, bunu qərəzsiz, obyektiv keçiriləcək araşdırma nəticəsində sübut etmək mümkündür. Belə ki, burada təkcə bizim hüquqlarımız pozulmayır, təkcə bizim əmlak-səhmlərimiz A.Əliyev tərəfindən mənimsənilməyir, həm də bizim kimi 100-dən artıq səhmdarın hüququ kobudcasına A.Əliyev tərəfindən pozulmuş, səhmlərdən ibarət əmlakları mənimsənilmişdir. Belə ki, ATSC-də avtomobillərin təmiri üçün inşa edilmiş “Modul” adlanan, metaldan quraşdırılmış 30000 (otuz min) manat dəyərində təmir sexini, 60000 ( altımış min) manat dəyərində mağazaları, əlvan metaldan inşa edilmiş 20000 ( iyirmi min) manat dəyərində anbarları, 20000 (iyirmi min) manat dəyərində iki mərtəbəli inzibati binanı, 70000 (yetmiş min) manat dəyərində 17 ədəd “İkarus” markalı sərnişin avtobuslarını və yük qarajında olan 80000 (səksən min) manat dəyərində tikililəri və daşınar əmlakı talama yolu ilə mənimsəyərək bizə xüsusi ilə külli miqdarda zərər vurmuşdur.

ATSC-nin əsas səhm paketlərinin sahibləri olduğumuza baxmayaraq, Arif Əliyev və oğlu Kamran Əliyev bizim razılığımızı almamış, bizə məlumat verməmiş və saxta protokollar tərtib edərək, qanunsuz saxta alqı-satqı müqavilələri tərtib etməklə səhmdarlara məxsus mağazaları və yuxarıda sadalanan əmlakı sataraq əldə edilən pul vəsaitlərini mənimsəmiş, bununla da bizə, digər səhmdarlara külli miqdarda 280000 (iki yüz səksən min) manat zərər vurmuşlar.

Yuxarıda şərh edilənlərə əsasən, nəhayət, Arif Əliyevin və ətrafındakıların əməlləri barədə Sizi məlumatlandırmaqla Sizdən xahiş edirik ki, “Quba-Nəqliyyat” ATSC-nin sədri A.Əliyevin saxta protokola əsasən satdığı obyektlər barəsində olan 30.09.2007-ci il tarixli protokol, 1 sentyabr 2011-ci il tarixli, 18 oktyabr 2011-ci il tarixli, 27 dekabr 2011-ci il tarixli, 2 iyul 2013-cü il tarixli alqı-satqı müqavilələrinin ləğv edilməsi və səhmdarların, o cümlədən bizim (mənim) pozulmuş hüquqlarımızın bərpası barədə Baş Prokurorluğa şikayət edilib adı çəkilən məmur haqqında cinayət işinin başlanılmasına kömək edəsiniz.

Hörmətlə,
Məmmədov Tahir Mövsüm oğlu,

Yeni Azərbaycan Partiyasının 76 yaşlı üzvü (cəmi 30 imza)

(Davamı var)

-Bəs “Quba-Nəqliyyat” ATSC-nin keçmiş sədri T.Məmmədov Həsənov Həsən Əli oğlu tərəfindən necə aldadılıb?

-Nizamnamə kapitalı 500 min manata yaxın qiymətləndirilmiş “Quba-Nəqliyyat” ATSC-nin səhmdarları indiki rəhbərliyi daha nədə suçladı?

-76 yaşlı keçmiş sədr, YAP üzvü, Quba rayon Ağsaqqallar Şurasının sədri Tahir Məmmədov daxili işlər naziri Ramil Usubova niyə şikayət etdi?

***

Şikayətçilər tərəfindən bizə təqdim olunmuş rəsmi sənədlərlə tanış olduqdan sonra “Quba-Nəqliyyat” ATSC-nin indiki sədri Arif Əliyevin bizə təqdim olunmuş telefonlarına dəfələrlə zəng etsək də cavab vermədi. Həmçinin mobil telefonu susdu. Odur ki, qarşı tərəfin də mövqeyini və tutarlı sübutlarını dərc etməyə hazırıq.

Geri qayıt