Əsas Səhifə > Cəmiyyət, Manşet > «Arsenal Center» şirkəti lisenziyasız «LOGO» mühasibatlığından istifadə edir

«Arsenal Center» şirkəti lisenziyasız «LOGO» mühasibatlığından istifadə edir


23-09-2014, 11:59
«Arsenal Center» şirkəti lisenziyasız «LOGO» mühasibatlığından istifadə edir
Azərbaycanda tikinti materiallarının satışı və istehsalı ilə məşqul olan «Arsenal Center» şirkətində baş verən bəzi qanunsuzluqlarla bağlı Azinform.az maraqlı məlumat əldə edib. Redaksiyamıza müraciət edən və hələlik adının gizli qalmasını istəyən şikayətçinin verdiyi məlumata görə, bu şirkətin rəhbərliyinin bəzi qanunazidd əməlləri Azərbaycanın beynəlxalq imicinə də ciddi ziyan vura bilər. Şikayətçinin sözlərinə görə, sözügedən şirkətin rəhbəri Malik Həsənov bu yaxınlarda Türkiyənin mühasibatlıq uçotunun aparılması üzrə ixtisaslaşan məşhur firmalarından birinin əqli mülkiyyətini mənimsəyərək, onlara külli miqdarda ziyan vurub: «Mərkəzi ofisi Türkiyədə yerləşən həmin şirkət böyük biznes qurumlarını lisenziyalaşmış «LOGO» mühasibatlıq proqramı ilə təmin edir. Bu olduqca unikal və sınanılmış bir proqramdır. Hazırda Azərbaycanın bəzi tanınmış şirkətləri də müqavilə əsasında lisenziyalaşdırılmış «LOGO» mühasibatlığından yararlanır».

«Arsenal Center» şirkəti lisenziyasız «LOGO» mühasibatlığından istifadə edir

Şikayətçinin bildirdiyinə görə, əslən Kəlbəcər rayonundan olan «Arsenal Center» şirkətinin rəhbəri Malik Həsənov öz təşəbbüsü ilə «LOGO» proqramını təmin edən firmanın Azərbaycandakı nümayəndəsi ilə proqramın əldə olunması razılığına gəlib, lakin özünün bütün mühasibatlıq sistemini həmin proqrama keçirdikdən sonra lisenziya üçün razılaşdırılmış məbləği ödəməkdən imtina edib və hazırda həmin proqramdan lisenziyasız istifadə edir: «Bu barədə «LOGO»nun mərkəzi ofisinə məlumat verilib. Yaxın günlərdə şirkətin bir neçə nümayəndəsi Azərbaycana səfər edəcək və məsələnin qanuni çərçivədə öz həllini tapması üçün Azərbaycan Prezidentinə və ölkənin hüquq-mühafizə orqanlarına rəsmi müraciət ünvanlayacaq. Malik Həsənovun bu əməli hüquqi məsuliyyət yaratmaqla yanaşı, həm də bir dövlət kimi Azərbaycanın beynəlxalq nüfuzunu zərbə altında qoyur. Cünki məsələ öz həllini tapmayacağı təqdirdə həmin tanınmış şirkətin beynəlxalq arbitraj məhkəməsinə də müraciət etmək fikiri var».

Şikayətçinin bidirdiyinə görə, «Arsenal Center»in etdiyi qanunsuzluq yalnız bununla bitmir: «Məlumdur ki, bu şirkət dam örtüklərinin satışı üzrə ixtisaslaşıb və Azərbaycanda monopolist mövqeyə malikdir. Bəzi iri çaplı məurların «krışa»lığı altında fəaliyyət göstərən şirkət ən böyük fırıldağı Azərbaycan əhalisinə dünya brendi adı altında saxta və kefiyyətsiz malları satmaqdan ibarətdir. Şirkətin paytaxtın bir neçə yerində sexləri fəaliyyət göstərir. Maraqlıdır ki, həmin sexlərdə istehsal olunan və Çindən ucuz qiymətə alınan dam örtükləri Finladiya malı adı ilə Azərbaycan istehalkısına təqdim olunur. Ola bilməz ki, aidiyyəti qurumların bundan xəbəri olmasın. Bu şirkət barədə qanunun tələblərinə uyğun tədbirlərin görülməməsi isə bizi çox təəccübləndirir».

Biz Azinform.az olaraq barəsində şikayət edilən şirkət barədə kiçik araşdırma apardıq. Məlum oldu ki, «Arsenal Center» şirkəti 2001-ci ildə yaradılıb və bir neçə istiqamətdə öz fəaliyyətini həyata keçirir: metalkirəmitlərin istehsalı və satışı, asma tavanlar, havalandırma sistemləri, həmçinin mansard evlər üçün Polşa istehsalı olan «Fakro» pəncərələrinin satışını da təşkil edir. Şirkətin rəsmi internet səhifəsində isə bunlar yazılıb:»Şirkət dinamik inkişaf mərhələsindədir və bu Azərbaycan bazarındakı dövriyyənin və çeşidlərin illik bazar payının artmasında özünü göstərir.

«Arsenal Center» şirkəti lisenziyasız «LOGO» mühasibatlığından istifadə edir

Arsenal Center şirkətinin təqdimat zalına daxil olduğunuz zaman, Wekman(Finlandiya), Gerard(Yeni Zellandiya), Ruukki( Ukrayna, Estoniya),Yıldızbond(Türkiyə), Metehe OY(Fillandiya), Feroof(Koreya), Adamante-Ruukki(Fillandiya), İmbrex, Meteboond( Azərbaycan) PPGİ kimi lider istehsalçıların təqdim etdiyi məhsulları görərək materialların keyfiyyətinə əmin olacaqsınız.

Fəaliyyəti dövründə “Arsenal Center” öz müştəriləri ilə möhkəm və uzunmüddətli münasibətlər qurmağa imkan verən aşağıdakı prinsiplərə yiyələnmişdir: işçilərin profesianallığı, nəzakətlilik, dəqiqlik, hər bir müştəriyə fərdi yanaşma. «Arsenal Center» şirkəti inam, innovasiya və etibarlılığın sinonimidir və biz fəxr edirik ki, fəaliyyətimizin əsasında müştərinin maraqları durur. Təcrübənin də göstərdiyi kimi tez bir zamanda şirkətin səmimi dostlarına çevrilən tərəfdaşlarımız və sifarişçilərimiz arasında sizləri də görməyə şad olardıq. «Arsenal Center» – arzuların reallığa çevrilməyinin bariz nümunəsidir».

Azinform.az-ın ünvanladığı sorğuya cavabda Türkiyədə fəaliyyət göstərən «LOGO» proqram təminat ilə məşğul olan firma «Arsenal Center»in onların əqli mülkiyyətini qanunsuz yolla ələ keçirdiyini təsdiqləyib. Demək, Malik Həsənovun rəhbərlik etdiyi şirkət yaxın vaxtlarda böyük bir beynəlxalq qalmaqalla üzləşməli olacaq.

Məsələ ilə əlaqədar «Arsenal Center» şirkətinin də mövqeyini dinləməyə hazırıq.

Geri qayıt