Əsas Səhifə > Cəmiyyət, Manşet > Şeyxin Həcc ziyarəti gəlirlərindən Azərbaycan vəhabilərinə də pay çatırmış
Şeyxin Həcc ziyarəti gəlirlərindən Azərbaycan vəhabilərinə də pay çatırmış25-09-2014, 13:32 |
DİA.AZ: - Qafqaz Müsəlmanları Ruhani İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə ilə bağlı növbəti iddia səslənib. Belə ki, DİA.AZ-ın elektron ünvanına daxil olan informasiyada qeyd olunur ki, Azərbaycandan Həcc ziyarətinə zəvvarların yola salınması «biznesinə» nəzarət edən ruhani idarə hər səfər ərəfəsində yığılan pullardan yerli Azərbaycan vəhabilərinə də haqq verirmiş. Bu barədə dia-az.life-ın poçtuna daxil olan məlumatı diqqətinizə təqdim edirik: «Həcc ziyarəti bu gün Qafqaz Müsəlmanları İdarəsini vəhabilərdən asılı edən əsas məntəqədir. Həcc ziyarətindən əldə edilən gəlirlərin bir hissəsi də vəhabilərə çatır. Yəni Azərbaycandaı vəhabilər buradan maliyyələşir. Ona görə də Şeyx tez-tez, ildən-ilə Həcc ziyarətinin qiymətini qaldırır». Onu da bildirək ki, Səudiyyə Ərəbistanına rəhbərlik edən vəhabilərin özləri də Həcc ziyarəti «biznesindən» hər il milyardlarla dollar pul əldə edirlər ki, təkcə keçən il ziyarətdən gələn gəlirin miqdarı 16 milyard ABŞ dolları həcminə qədər yüksəlmişdi. Eyni qayda ilə Azərbaycanda da «dini turizm»ə nəzarət edən qüvvələrin, yəni QMİ-nin gəlirləri ilbəil artmaqdadır. Deməli, iddia olunanlar əgər doğrudursa, deməli, Azərbaycandakı vəhabilərə ödənilən aylıq haqq da eyni qaydada artıb. Geri qayıt |