Əsas Səhifə > Cəmiyyət, Manşet > Əhəd Abıyev köhnə və əzəli rəqibindən qisas alma fürsəti əldə edib

Əhəd Abıyev köhnə və əzəli rəqibindən qisas alma fürsəti əldə edib


29-09-2014, 17:05
Əhəd Abıyev köhnə və əzəli rəqibindən qisas alma fürsəti əldə edib
DİA.AZ: - Hakimiyyət daxilində münasibətlər yenidən gərilib. Bu barədə DİA.AZ-a ötürülən informasiyada qeyd olunur ki, bir sıra rayon icra başçıları hədəfdə olduqlarını bildiklərindən dünənə qədər ədavətdə olduqları rayon rəhbərlərilə bağlı «donos» xarakterli materialları «yuxarılara» ötürməklə məşğuldurlar.

Mənbə dia-az.life-a bildirir ki, məsələn, Daşkəsən rayon icra hakimiyyətinin başçısı, keçmiş deputat Əhəd Abıyev hazırda Astara rayonuna rəhbərlik edən Qəzənfər Ağayevdən «yuxarılar», habelə mətbuata «material» ötürməklə məşğuldur.

Əhəd Abıyev köhnə və əzəli rəqibindən qisas alma fürsəti əldə edib

Xatırladaq ki, Əhəd Abıyevlə Qəzənfər Ağayev ikincinin hələ Masallı rayonuna rəhbərlik, birincinin isə həmin rayona deputatlıq etdiyi dönəmdən başlayıb. O zamanlar aradakı nifaq o həddə qədər böyümüşdü ki, hətta Əhəd Abıyev Milli Məclisind tribunalarından Qəzənfər Ağayevi narkotik qaçaqlamlçığında da ittiham etmişdi.

«İndi isə Əhəd Abıyevin əlinə fürsət düşüb. Çünki Qəzənfər Ağayev yol üstündəlir» deyən mənbəmiz əlavə edir ki, Daşkəsən İH-nin rəhbəri həmkarının «vurulacağına əmin olduğundan hətta açıq şəkildə KİV-lərə informasiya da ötürür…

Geri qayıt