Əsas Səhifə > Cəmiyyət, Manşet > Dövlət Sıgorta Şirkəti vətəndaşa dəyən ziyanı ödəmir
Dövlət Sıgorta Şirkəti vətəndaşa dəyən ziyanı ödəmir30-09-2014, 12:28 |
Redaksiyamıza daxil olmuş növbəti şikayət ərizəsində vətəndaş Dövlət Sığorta Kommersiya Şirkətinin fəaliyyətindən narazılıq edir. Gəncə şəhər sakini Avşarov Həsən Manaf oğlu iddia edir ki, sığorta şirkəti onun, eləcə də eyni bir hadisə ilə bağlı daha bir neçə vətəndaşın qanunla nəzərdə tutulan hüquqlarını pozmuşdur. Azərbaycan Respublikasının Dövlət Sıgorta Şirkətinin Sədri Məmməd Məmmədova, Azərbaycan Respublikası Dövlət Sıgorta Şirkətinin Xocalı Sıgorta Filialının rəhbəri Seymur Çobanova və bir sıra instansiya rəhbərlərinə ünvanladığı ərizəsində Həsən Avşarov yazır: “Sizə məlum edirəm ki, 17.07.2014-cü il tarixdə saat 00:15 radələrində mən, “Mersedes Benz” markalı, 20 DA 654 dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən, Gəncə şəhəri Atatürk prospekti ilə Cavadxan küçəsinin kəsişməsində “Hunday Sonata” markalı 21 BE 811 nömrəli dövlət qeydiyyat nişanlı digər bir avtomobil “Wolksvagen Passat” markalı 99 GR 477 dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və nəticədə idarə etməni itirmiş, sahibsiz dayanmiş “QAZ 3110” markalı 10 MD 722 dövlət qeydiyyat nişanlı avtomaşına və son olaraq mənim idarə etdiyim avtomobilə çırpılmışdır. Zəncirvari qəza nəticəsində mənim idarə etdiyim avtomobilə 810 Azn məbləgində maddi ziyan dəymişdir.“İcbarı Sığorta Haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsində göstərilir ki, Bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir.Mənim istifadə etdiyim avtomobil 1997-ci ilin avtomobilidir, vuruq və çürük yerləri yoxdur. Mən İ.S.H. Qanunun 20.3 maddəsini rəhbər tutaraq seçimim əsasında avtomobilin təmirinə, bərpasına və ya həmin modelin həmin il buraxılışında başqası ilə əvəz edilməsinə çəkiləcək xərclərin ödənilməsini və ya avtomobilimə uygun vurugsuz və çürüksüz avtomobili tələb etmək ixtiyarındayam. Ancaq buna baxmayaraq, mən təmirə razı oldum. Müvafiq səlahiyyətli orqan tərəfindən, dəymiş zərərin dərəcəsi və ya miqdarı barədə arayışları və digər sənədləri almaq üçün tərəfimdən yazılı müraciət tərtib edilmi. (İ.S.H.Qanunun 23.2.7.maddəsi) və Gəncə “Avtoservis və ticarət” müəsisəsidən (İ.S.H.Qanunun 22.1.3. maddəsi) zərərin 810 azn məbləğində olduğunu təsdiqləyən ziyan aktı alınmışdır. Lakin sığorta şirkəti tərəfindən 810 azn kompensasiya əvəzinə, cəmi 280 manat zərəri ödəmək üçün vəsait ayrıldı. Halbuki 810 manatdan çox təmirə vəsait xirclənmişdir. Sual: bu məsələ ilə məşğul olan hansı bit insan bu hadisə öz başına gəlsə bu məbləğlə razılaşar?İ.S.H.Qanunun 20.5. maddəsinə əsasən üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur. Beləliklə hesab edirəm ki, siğorta məmurları mənə dəymiş ziyanın ödənilməsində mənə dayaq durmalıdırlar. Əlbəttə ki, maddı ziyanı ödəmək üçün hazırda mənə ayrılan məbləğ məni qane etmir. Bu səbəbdən mənə ayrılan puldan imtina edirəm və bu haqsızlığa qarşı sizdən kömək istəyirəm. Məlumat verirəm ki, “Volsvagen Passat” markalı 99 GR 477 dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyandan 20% ödənilmişdir. “Qaz 3110” 10 MD 722 dövlət qeydiyyat nişanlı avtomaşına 24% ödənilmişdir. Mənim avtomobilimə dəyən ziyanın 34% ödəmək istəyirlər. Sual: əmələ gələn sığorta şirkəti bu rəqəmləri nəyə istinad edərək təyin ediblər? Bugün “Sığorta Haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozan Dövlət Sığorta Kommersiya Şirkəti zərərçəkən Azərbaycan vətəndaşını aldadırsa, onda özəl sığorta şirkətlərindən nə ğözləyək? Sizlərdən mövcud məsələnin həllinə mənə 810 azn dəymiş ziyanın ödənilməsində, köməklik etməyinizi xahiş edirəm.” Geri qayıt |