Əsas Səhifə > Cəmiyyət, Manşet > ŞOK: İcra hakimiyyətinin işçisi şərəf məsələsini qanunların ayağına necə bağladı

ŞOK: İcra hakimiyyətinin işçisi şərəf məsələsini qanunların ayağına necə bağladı


9-10-2014, 14:45
ŞOK: İcra hakimiyyətinin işçisi şərəf məsələsini qanunların ayağına necə bağladı
Oktyabrın 7-də 59 yaşlı Tovuz rayonu Əsrik Cırdaxan kəndinin sakini Bayram Süleymanov minaya düşüb. Hadisə Ermənistanla sərhəd ərazidə Süleymanov öz mal-qarasını axtararkən baş verib.
Partlayış nəticəsində sağ ayağını itirən Süleymanov Tovuz rayon Mərkəzi klinik xəstəxanasına çatdırılıb.
Həkim Kəmaləddin Abbasov bildirib ki, yaralının sağ ayağı amputasiya olunub: “Bundan əlavə o, bir neçə mərmi yarası da alıb və xeyli qan itirib. Ona zəruru yardım göstərilib”. ( Kəpəz TV )
Tovuz RİH başçısının köməkçisi Fuad Zeynalov qafqaznews.org-a bildirib ki, bu gün Bayram Süleymanova bəş çəkmişik, o, özünü yaxşı hiss edir.
Müxbirin “İcra hakimiyyəti Bayram Süleymanovun ailəsinə yardım edirmi” sualına köməkçi belə cavab verib: “ Azərbaycan qanunvericiliyi bunu nəzərdə tutmayıb”.
Tovuz RİH başçısının birinci müavini Mahir Həsənov da köməkçinin dediklərini təsdiq elədi.
Hərbi hüquqşünas Telman Əbilov isə deyilənləri belə şərh elədi: “ Ölkə qanunvericiliyinə əsasən mülki vətəndaş ermənilərlə toqquşmada həlak olarsa ona şəhid statusu verilir və ailəsinə müvafiq güzəştlər nəzərdə tutulur. Əgər mülki vətəndaş erməni aqressiyası nəticəsində əlil olarsa, o, əlilliyə görə adi təqaüd alır. Bu məntiqə ziddir, ancaq qanun belədir”.
Milli Məclisin üzvü Yevda Abramov isə müxbirimizə bildirib ki, əgər Bayram Süleymanov nədənsə narazıdırsa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsin, ona mütləq kömək edərlər.

“Əgər qanunvericilikdə nəzərdə tutulmayıbsa nazirlik Bayram Süleymanova necə kömək edə bilər” sualını millət vəkili belə cavablandırıb: “ Bilirsiniz, nə qədər mülki vətəndaş minaya düşür? Bunun hamısına dövlət kömək etməlidir? Həm də Bayramovu minalı sahəyə heç kim göndərməyib, öz mal-qarasını axtaranda minaya düşüb”.
Hərbi ekspert Üzeyir Cəfərov isə bildirib ki, qanunvericilikdə nəzərdə tutulmasa da Bayram Süleymanov yüksək təqaüd almaq üçün məhkəməyə müraciət edə bilər.
Müxbirimizin “Hansı əsasla məhkəməyə müraciət edə bilər” sualına hərbi ekspert belə münasibət bildirib: “ Bayram Süleymanov cəbhə xəttində minaya düşüb. Aydınlaşdırmaq lazımdır ki, o, cəbhə xəttinə necə keçib? Həm də müvafiq hərbi hissənin komandirinin şəxsiyyətini müəyyən eləmək lazımdır. Nə üçün Süleymanovu cəbhə xəttinə buraxıb?”

Geri qayıt