Əsas Səhifə > Cəmiyyət, Manşet > Gəncə Apellyasiya Məhkəməsinin hakimindən Ali Məhkəmənin sədrinə şikayət olundu

Gəncə Apellyasiya Məhkəməsinin hakimindən Ali Məhkəmənin sədrinə şikayət olundu


14-10-2014, 12:06
Gəncə Apellyasiya Məhkəməsinin hakimindən Ali Məhkəmənin sədrinə şikayət olundu
DİA.AZ: - Dünən Gəncədə daha bir məhkəmə tərəfindən haqqının tapdandığını iddia edən Gəncə Dövlət Universitetinin başıbəlalı müəllimi Fikrət Hacıyev üzləşdiyi haqsızlıqdan dolayı Ali Məhkəmənin sədri Ramiz Rzayevə şikayət məktubu ünvnlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan şikayət məktubunda deyilir:

“Hörmətli Ramiz müəllim! Yəqin ki, 16 yaşlı Almaz Kərimlinin polis əməkdaşının "köməyi" ilə özünü yandırması haqqında eşitmişdiniz, axı bu hadisədə Gəncə İnzibati Məhkəməsinin keçmiş sədri Zərbəli Zərbəliyevin adı da hallanırdı (http://www.azadliq.info/reportaj/338-reportaj1/28099-gencede-tukurpeden-olay.html). İndi Gəncə Apellyasiya məhkəməsində işləyən keçmiş sədr yeni qurban kimi məni tapıb deyəsən. Belə ki, kafedra müdirim Zakir Zeynalova rüşvət vermədiyimə görə son 10 ildə başıma gətirilməyən müsibət qalmadı. 3 il əvvəl işdən qovuldum, məhkəmə qərarlarına etiraz olaraq 52 və 29 günlük aclıq aksiyaları keçirdim və Ali Məhkəmə tərəfindən göstərilən kömək sayəsində işə bərpa oldum.

Ancaq Gəncə məhkəmələrindəki "qaydalara" görə hələ də məcburi iş buraxmaya görə itirilən əmək haqqımı və təzminatı ala bilməmişəm. 25.07.2014 tarixində Ali Məhkəmənin MK-də mənim kassasiya şikayətim təmin olunsa da, 13.10.2014 tarixində möhtərəm hakim Zərbəli Zərbəliyev heç bir səbəb göstərmədən apellyasiya şikayətimin təmin olunmadığını elan etdi. İndi mən qətnamənin yazılı nüsxəsini almayınca hakimin nə səbəbdən apellyasiya şikayətimi təmin etmədiyini bilməyəcəm. Halbuki hakim bunu izah etməliydi ki, mən çəkişmə prinsipi ilə öz hüquqlarımı müdafiə edə biləydim.

Məhkəmə süründürməçiliyi nəticəsində mən bankdan kredit götürməli olmuşam və tezliklə 17 aylıq əmək haqqımı alacağımı və kredit borclarımı ödəyəcəyimi düşünürdüm. Amma möhtərəm Zərbəliyev mənim ümidlərimə möhkəm Zərbə vurdu. Qatil məmurların müharibə veteranlarını elə bu üsulla intihara sövq etdiklərini bildiyim üçün, möhtərəm Zərbəliyevin bu bədnam qətnaməsinin mümkün qədər tez ləğv olunmasında mənə kömək göstərilməsinə sərəncam verməyinizi xahiş edirəm”.

Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

Geri qayıt