Əsas Səhifə > Cəmiyyət, Manşet > GDU-nun müəllimi məhkəmə hakimindən prezidentə şikayət etdi
GDU-nun müəllimi məhkəmə hakimindən prezidentə şikayət etdi5-11-2014, 15:05 |
DİA.AZ: - Neçə vaxtdır yerli mətbuatda üzləşdiyi problemləri qabardan Gəncə Dövlət Universitetinin müəllimi Fikrət Hacıyev yeni müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətində GDU müəllimi prezident İlham Əliyevə məhkəmə sistemindən giley-güzar edir. dia-az.life olaraq narazı vətəndaşın müraciətini təqdim edirik: “Cənab Prezident! 3.10.2014 tarixində Fuad Ələsgərovun qəbulunda oldum. Ancaq mənim işimdə hakim Zərbəli Zərbəliyev MPM-in 420-ci maddəsini pozaraq Ali Məhkəmənin göstərişlərinə əməl etməyib. Belə ki, Ali Məhkəmə mənim kassasiya şikayətimi təmin edib və bildirib ki, iddia müddətinin ötürülməsi iddiası mənim işimə şamil oluna bilməz. Buna arxayın olub, övladlarımın təhsil xərcləri ilə bağlı kredit götürdüm. GDU-nun saxta diplomlu hüquqşünası və Zərbəliyev isə bunu nəzərə almayaraq yenə də iddia müddəti bəhanəsi ilə mənim 17 aylıq əmək haqqım və təzminat iddiamı təmin etmədi. Qanunu pozan hakim bir universitet müəllimini, müharibə veteranını bu hərəkəti ilə çıxılmaz vəziyyətə salır. Əvvəllər də qanunsuz hərəkətləri nəticəsində 16 yaşlı Almaz Kərimlinin özünü yandırması bəs deyilmiş kimi, indi də müharibə veteranını acından öldürmək istəyən bu şəxsin müqəddəs HAKİM vəzifəsində çalışması nə qədər doğrudur? Hakimlərin ədalətsiz qərarlarına etiraz olaraq 52 və 29 sutkalıq 2 aclıq aksiyası keçirib, sağlamlığımı itirdiyimi nəzərə alıb, öz xalqının qəniminə çevrilmiş Zərbəli Zərbəliyevin cinayətlərinin araşdırılmasına sərəncam verməyinizi xahiş edirəm”. Geri qayıt |