Əsas Səhifə > Cəmiyyət, Manşet > Dünyadakı neft endirimi böhranı Azərbaycana nə qədər zərər vura bilər?

Dünyadakı neft endirimi böhranı Azərbaycana nə qədər zərər vura bilər?


11-11-2014, 12:17
Dünyadakı neft endirimi böhranı Azərbaycana nə qədər zərər vura bilər?
DİA.AZ: - Rusiyanın Ukraynadakı siyasətinin fəsadları bu gün bütün neft ölkələrinin acı nəsibinə çevrilib, desək, yanılmarıq. Hər halda, bu gün neftin qiymətinin kəskin şəkildə düşməsi, habelə bu astronomik endirim bumunun təkcə Rusiyanın yox, həm də bütün neft ölkələrinin iqtisadiyyatına ciddi təsir göstərməsi diqqətdən yayına bilməz.

Azərbaycan da bir neft ölkəsi olaraq bu gün də olmasa, sabah itirilən milyonların fəsadlarını hiss edəcək.

Amma tək itirəni neft ölkələri hesab olunan dövlətlər deyil. Elə ABŞ-ın özü də bu böhrandan ciddi maliyyə itkisinə uğrayır. Bu bir faktdır ki, Amerika qeyri-leqal neft biznesinin əsas fiqurlarından biridir. Amerikanın işğal etdiyi neftli torpaqlardan nə qədər qazandıqlarını təxmin belə etmək olmur.

O zaman nə baş verə bilər?

Bununla bağlı DİA.AZ-a fikirlərini bölüşən ekspertlər bildirir ki, neftin kəskin endirimi prosesi durmazsa, o zaman dünya böyük iqtisadi böhranla üz-üzə qala bilər: «İlk baxışdan belə bir təəssürat yaranır ki, sanki neftin ucuzlaşması ilə neft bahalaşdığı zaan qiymətləri qalxan digər məhsulların da qiymətlərində endirim olacaq. Amma göründüyü kimi, bu, baş vermədi. Deməli, məsələ tamam başqadır. Proses tamam fərqlidir.

Neft ucuzlaşsa da, yenə də, məsələn, kartofun bazardakı qiyməti dəyişməz olaraq qalır. Halbuki neftin qiyməti qəpik-qəpik artanda hazırki qiymətlərə gəlib çatdırılmışdı».

Bu fikri bölüşən hökumətdəki məlumatlı mənbə də DİA.AZ-a maraqlı bir açıqlamada bulundu: «Təbii ki, proses birbaşa olaraq Kremlin sıradan çıxarılmasına hesablanıb. Amma Azərbaycan və digər Azərbaycan kimi ölkələr qabaqcadan bu prosesə tədarüklü olduqlarından ölkəmizdə neft endirimi bumunun fəsadları demək olar ki, hiss olunmayacaq.

Diqqət yetirin, hansı ölkələr ciddi böhran keçirir? ABŞ-la maraqları toqquşanlar… Rusiya başda olmaqla, Venesuella və digərləri».

Mənbə iddia edir ki, yaxın günlərdə proses dayandırılmalıdır: «Çünki artıq ABŞ və Avropa da ciddi çöküş təhlükəsi ilə üzləşiblər. Çüni şəkildə yaradılan iqtisadi atmosferin xərclərini ödəməyə çalışan Avropa və ABŞ rəsmən tükəndiyindən, prosesi yenə də əvvəlki həddə çatdırana qədər durdurmaq zorunda qalacaqlar».

Burada Rusiyanın müqavimət gücünün də önəmli əhəmiyyət daşıdığını qeyd edən mənbə onu da əlavə etdi ki, Kreml artıq Qərblə danışıqlar masasına oturub: «Obama ilə Putin danışıqları bərpa ediblər. Ola bilsin ki, zaman daha da daralsın. Neft bazarına süni müdaxilə aradan qaldırılsın»…

Geri qayıt