Əsas Səhifə > Cəmiyyət, Manşet > Sumqayıtın icra başçısı bu faktlara necə izahat verəcək

Sumqayıtın icra başçısı bu faktlara necə izahat verəcək


14-11-2014, 13:21
Sumqayıtın icra başçısı bu faktlara necə izahat verəcək
GUNDEMİNFO.AZ-ın redaksiyasına Sumqayıtdan olduqca ilginc fotolar daxil olub. Məlumatı redaksiyamıza yollayan Anar Süleymanov adlı Sumqayıt sakini bildirir ki, yaşıllıqların məhv edilməsi ilə əlaqadar hətta Sumqayıtdaəlaqədar təşkilatları məhkəməyə də verib.

GUNDEMİNFO.AZ-a yazdığı mürəciətində Anar Süleymanov yazır:

-Bildirmək istəyirəm ki, Sumqayıt şəhərinin müxtəlif yerlərində olan ağacların kütləvi qırılmasına görə, mən Sumqayıt Şəhər İcra Hakimiyyətini məhkəməyə vermişəm. Ağaclara qarşı olan bu özbaşnalıqlar o dərəcəyə çatıb ki yaşıllıqlar şəhər icra hakimiyyətinin gözü qabağında hasarlanır və kəsilir. Eldar Əzizov Sumqayıt şəhərinə icra başçısı vəzifəsinə təyin ediləndən sonra ,bu cür qanunsuzluqlar daha da kutləvi hal alib. Ağacların Kütləvi qırılması son bir il ərzində, Cəfər Cabbarlı mədəniyyət evinin yaninda, 1-ci məhəllədə, Nəsimi adina parkda, Nəriman Nərimanov küçəsində “Sumqayıt” şadlıq evinin yaninda, mərkəzi kitabxananin qarşısında və sair yerlərdə kəsilib.

Maraqlısı odur ki, Sumqayıtın yaşıl donuna zərər verən adamlar cəzalandırılmır. Misal üçün: 2012 ildə İcra Hakimiyyətinin qarşısında, şəhər parkında, hansısa bir obyekti tikmək üçün, yaşıllıqlar sıx olan böyük ərazi hasarlanaraq, orda olan ağaclar kəsilmək təhlükəsində qaldı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bu haqda xəbər verəndən sonra ekologiya işçiləri bu işi protokollaşdiriblar. Sonra mənə 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsindən məktub gəlib. Bu məktubda həmin qanunsuz işin kim tərəfindən aparılmasını müəyyənləşdirmək üçün, Sumqayıt Şəhər Polis İdarəsinə, Şəhər Memarlıq və Şəhərsalma İdarəsinə müraciət olundu. Lakin iki ildən artıq vaxt keçməsinə baxmayaraq, bu araşdırılmanın nəticəsi olmadı və mənə heç bir rəsmi cavab gəlmədi. Çox təəcübludür ki, bu cür qanunsuzluq bizim hörmətli canab prezidentimizin yaşıllıqlarla bağlı hamıya, xüsüsən icra başçilarlarına son xəbərdarlıq fonunda baş verir. Canab İlham Əliyev bir neçə ay bundan qabaq ciddi xəbərdarlıq etmişdir: “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi olmadan, şəhərdə birdənə də olsun ağac kəsilməsin. Bu mənim son xəbərdarlığımdır “ demişdi. Amma Canab Prezidentimizin bu sözlərinə təəsüflər olsun ki, bəzi məmurlar cox laqeyid yanaşırlar və bununla olkə başçısının imicinə xələl qətirirlər.

Qeyd edək ki, Anar Süleymanov Sumqayıt Dövlət Dram Teatrının işçisidir. Şikayətçinin göndərdiyi fotoları təqdim edirik:


Sumqayıtın icra başçısı bu faktlara necə izahat verəcək
Sumqayıtın icra başçısı bu faktlara necə izahat verəcək
Sumqayıtın icra başçısı bu faktlara necə izahat verəcək
Sumqayıtın icra başçısı bu faktlara necə izahat verəcək
Geri qayıt