Əsas Səhifə > Cəmiyyət, Manşet > Daha bir rayonun icra başçısı hədəfə alındı
Daha bir rayonun icra başçısı hədəfə alındı20-11-2014, 14:34 |
İki gündür ki, Hesablama Palatasının əməkdaşları Sabirabad rayonunda yoxlamalara başlayıb. Bu barədə GUNDEMİNFO.AZ-a rayondan verilən məlumatda bildirilir. Məlumatlara əsasən palata əməkdaşları rayonda yerli infrastrukturun idarəedilməsi ilə bağlı dövlət büdcəsindən ayrılan cari il üçün xərclərin smetasını müəyyən etməyə çalışır. Məlumatda bildirilir ki, yoxlamalar əsasən rayonun elektrik enerjisi və içməli, həmçinin də təsərrüfat sularının təchizatının təşkili üçün ayrılan vəsaitlərlə bağlıdır. Hələlik yoxlamaların konkret olaraq hansı idarələrdə aparıldığı bəlli olmasa da, məlumatlı mənbə iddia edir ki, bununla bağlı olaraq aparılan yoxlamaların nəticələri ilin yekun hesabatlarında açıqlana bilər. Geri qayıt |