Əsas Səhifə > Cəmiyyət, Manşet > Haqqı tapdanan vətəndaş Fikrət Məmmədovdan kömək istədi...

Haqqı tapdanan vətəndaş Fikrət Məmmədovdan kömək istədi...


25-11-2014, 13:44
Haqqı tapdanan vətəndaş Fikrət Məmmədovdan kömək istədi...
Azərbaycan Respublikasının Ədliyyə Naziri cənab Fikrət Məmmədova

Binəqədi rayon məhkəməsinin 2-12251/2014 saylı icra sənədi üzrə tələbkar Əkbərov Əli Mahmud oğlu tərəfindən

MÜRACİƏT

Binəqədi rayon məhkəməsinin 2-12251/2014 saylı, 03.11.2014-cü il tarixli qərardadına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, S.Məmmədbəyova küçəsi 55 ünvanında inşa olunan qeyri-yaşayış binasında tikinti işlərinin aparılmasının borclu Əliyev Elçin Rəhim oğluna qadağa edilməsi barədə icra vərəqəsi verilmiş və icra sənədinin icrası Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Tural Süleymanova həvalə edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar Şöbənin icra məmurları Tural Süleymanov və Orxan Hacıyev qeyd olunan ünvanda olmuş, icra sənədi üzrə borclu Əliyev Elçin Rəhim oğlu icra yerinə gəlmədiyindən tikinti işlərinin dayandırılması borcluya məxsus qeyri-yaşayış binasına tikinti üzrə nəzarətçi funksyasını həyata keçirən Zeynalov Azər Əşrəf oğluna elan olunmuşdur. Bununla bərabər icra zamanı icra məmuru tərəfindən telefon vasitəsilə borclunun özü ilə əlaqə saxlanılmış və ona da tikinti işlərinin dayandırılması elan olunmuşdur. Tikinti üzrə nəzarətçi Azər Zeynalov tikintini dayandırmış və orada işləyən şəxsləri avandalıqları ilə birlikdə qeyri-yaşayış binasından çıxartmışdır. Nəticədə borcluya məxsus tikintiyə nəzarətçi Azər Zeynalovun, hal şahidlərinin və etibarnamə üzrə nümayəndənin iştirakı ilə akt tərtib edilmişdir. Lakin 12.11.2014-cü il tarixdə həmin qeyri-yaşayış binasında tikinti işləri yenidən davam etmiş, dərhal bu barədə tərəfimdən icra məmuru Tural Süleymanova məlumat verilmiş və icra məmuru tikinti aparılan ünvana gələrək tikintini dayandırması barədə tikinti üzrə nəzarətçi Azər Zeynalova yenidən xəbərdarlıq etmişdir. Buna baxmayaraq Azər Zeynalov tikinti işlərini dayandırmamış və əsas olaraq onu göstərmişdir ki, bu gün Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən göstəriş verilib ki, Prezident İlham Əliyevin qonşu ərazidə yeni inşa olunan Məscidin açılışına gəlməsi nəzərdə tutulur və bu məqsədlə həmin qeyri-yaşayış binasının üzləmə işləri və dam örtüyü 01.12.2014-cü il tarixədək başa çatdırılmalıdır. Halbuki bu barədə heç bir məlumat yoxdur və Azər Zeynalov Elçin Əliyevin göstərişinə əsasən tikinti işlərini dayandırmamaq üçün bu cür fürsətə əl atmışdır. Göründüyü kimi borclu və ona məxsus tikinti üzrə nəzarətçi Azər Zeynalov tərəfindən icra məmurunun qanuni tələblərinə riayət edilmir, vəzifə səlahiyyətlərindən sui -istifadə etməklə açıq-aşkar qanunvericliyə hörmətsizlik nümayiş olunur.

Cənab Nazir, qeyd etdiklərimi nəzərə alaraq Sizdən xahiş edirəm ki, borclu Əliyev Elçin Rəhim oğlu və ona məxsus tikinti üzrə nəzarətçi Zeynalov Azər Əşrəf oğlu barəsində müvafiq hüquqi tədbirlərin görülməsi və eyni zamanda həmin qeyri-yaşayış binasında aparılan tikinti işlərinin dayandırılması barədə göstəriş verəsiniz.

İmza:Əkbərov Əli Mahmud oğlu

Geri qayıt