Əsas Səhifə > Cəmiyyət, Manşet > Azərbaycanın hələlik xəyal kimi görünən QARABAĞIN AZADLIĞI PLANI

Azərbaycanın hələlik xəyal kimi görünən QARABAĞIN AZADLIĞI PLANI


28-11-2014, 14:39
Azərbaycanın hələlik xəyal kimi görünən QARABAĞIN AZADLIĞI PLANI
DİA.AZ: - «Azərbaycan tərəfi Qarabağın azadlığı ilə bağlı çox ciddi hərəkət planı hazırlayıb. 2015-ci ilin ilk günündən bu plan işə düşəcək və Azərbaycanı Qarabağa, Azərbaycan bayrağını Xankəndinə daşıyacaq». Bu sözlər nə qədər pafoslu görünsə də, reallıq olduğunu bildirən6 məlumatlı mənbə DİA.AZ-a olduqca ilginc faktları açıqlayıb.

Xəbəri verən qaynaq dia-az.life-a bildirir ki, birbaşa olaraq prezident İlham Əliyevin göstərişi ilə 2015-ci il Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi üçün ayrıca olaraq hərəkət planı hazırlanıb:

«Bundan əlavə, Azərbaycanın hərbi imkanlarının səfərbər olunması məqsədilə yeni sistemin uyğunlanması qərarı vrilib. Ölkənin bütün hərbi və yarıbhərbi birliklərinin vahid mərkəzdən idarə olunan şəkildə hərəkətinin təminatı məqsədilə güc strukturlarının qeyri-rəsmi mərkəzləşdirilmiş sisteminin yaradılması yolunda çox ciddi addımlar atılmaqdadır və gələn ilin ilk günlərindən bu proses daha da sürətli xarakter alacaq».

Onu da bildirək ki, xəbəri verən qaynaq çox ciddi faktları da açıqlayıb. Sadəcə olaraq bu mövzuda bəzi məqamların ictimailəşdirilməsi doğru hesab olunmadığından, bizlər də yalnız münasib hesab olunan bilgiləri paylaşırıq.

Beləliklə, faktlarla tanış olun: «Rəsmi Bakının Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını icra edən bütün beynəlxalq təşkilatlar və dövlətlərlə intensiv təmasının təşkil olunması və sülh danışıqları prosesinin sürətləndirilməsi başlıca prioritet kimi seçilsə də, burada əsas məqsəd həm Azərbaycan dövlətinin sülh yoluna sədaqətinin nümayiş etidirləmsindən ibarətdir, həm də Azərbaycan tərəfinin bu yolun səmərəsizliyini sübuta yetirməsi cəhdidir.

Buna paralel olaraq Azərbaycanın Qarabağda antiterror əməliyyatını bərpa etməsi üçün diplomatik danışıqların sürətli şəkildə yekunlaşdırılması hədəflənir. Daxili qoşunların, Daxili İşlər Nazirliyinin hərbi birləşmələri ilə yanaşı, Müdafiə Nazirliyinin də hərbi imkanları ilə məhəlli şəkildə antiterror əməliyyatlarının icrası başlanılır, hissə-hissə Azərbaycan əraziləri terrorçuların nəzarətindən çıxarılır».

Onu da bildirək ki, bütün bunların arzu-xəyal yox, konkret plan olduğunu bildirən məlumatlı mənbə, artıq rəsmi Bakının bu yöndə ciddi addımların tədarükündə olduğunu da xüsusi olaraq vurğuladı.

Əlavə bilgiləri diqqətinizə çatdıracağıq. Bizi izləməkdə davam edin…

Geri qayıt