Əsas Səhifə > Cəmiyyət, Manşet > Aydın Əliyevin gömrükxanasında şok maliyyə maxinasiyaları - Tualet kağızından 4 dəfə ucuz divar kağızları
Aydın Əliyevin gömrükxanasında şok maliyyə maxinasiyaları - Tualet kağızından 4 dəfə ucuz divar kağızları10-12-2014, 12:40 |
DİA.AZ: - Dövlət Gpmrük Komitəsinin sədri Aydın Əliyevin daha bir maxinasiyası üzə çıxıb. DİA.AZ bildirir ki, əslində bu maliyyə maxinsaiyası elə Aydın Əliyevin “kantoru” tərəfindən hazırlanan hesabatın özündə ifşa olunub. Hər halda aşağıda sadalanan faktlar belə deməyə əsas yaradır... Bildirilir ki, bu ilin 9 ayında Azərbaycana 4 770,3 ton divar kağızı və analoji divar örtüyü gətirilib. Onların ümumi qiyməti 3 milyon 638,6 min dollar təşkil edib, deyə Gömrük Komitəsi məlumat verir. Analiz göstərir ki, Almaniyadan gətirilən divar kağızı (1 tonu $926,8) tualet kağızından (3734$/t) 4 dəfə ucuzdur. Vergidən yayınmaq üçün idxal malı ucuz qiymətə sənədləşdirilir. Məsələn, Belarus 3 rübdə Azərbaycana 267 ton divar kağızı (+3,8%) ixracı barədə məlumat veir. Azərbaycan DGK-sı bu dövrdə ölkəyə 221,4 ton Belarus divar kağızı idxalını qeydə alıb. Bu, 45,6 ton azdır. Maraqlıdır ki, Belarus divar kağızını idxalçılar $601,2$/t bəyan edib, Minskdəki ixracatçılar hər tonu $4258,8-dan satdığını qeyd edir. İllik hesablamada satış qiyməti azalıb: bir il öncə Belarus divar kağızı üçün Azərbaycan sahibkarları $35,8 çox ödəyirdi. Belarus Statistika Komitəsinə görə, MDB ölkələrinə divar kağızı və analoji divar örtüyünün ixrac qiyməti 2012-2013-cü illərdə 1 ton üçün $2 730 və $2 677 olub. Azərbaycanda Ukrayna divar kağızları daha populyardır. Azərbaycan DGK-sının məlumatına görə, bu ilin 9 ayında bu ölkədən 3019,3 ton divar kağızları alınıb. Ukrayna divar kağızları Azərbaycan gömrüyündə 613,7$/t bəyan edilib. Rusiya divar kağızları daha baha bəyan edilib - 827,6$/t. Yanvar-sentyabrda Azərbaycan gömrüyündən 825,5 ton Rusiya divar kağızları keçib. Azərbaycan gömrüyünün korrupsiyaya uğradığını Gürcüstana divar kağızları idxalı ilə müqayisə də təsdiq edir. Bu ölkə Ümumdünya Ticarət Təşkilatının üzvüdür və malların sərbəst hərəkəti öhdəliyi götürüb. 3 rübdə Gürcüstan 11 mln 275,5 min məbləğində və ya qiymət ifadəsində bizdən üç dəfə çox divar kağızları alıb. Ermənistan (o da ÜTT üzvüdür) 2013-cü ildə 716,6 ton divar kağızları alıb və 1 ton gömrükdə $5045-a bəyan edilib. Bu, Azərbaycan gömrüyündə rəsmi səndələrdə göstəriləndən (739,8$/t) 6,8 dəfə çoxdur. Bu il 1 ton divar örtüyü Azərbaycan gömrüyündə $762,7-a bəyan edilib. İlin əvvəlindən 12,3 ton Almaniya divar kağızları idxal edilib. Onların ümumi qiyməti $11,4 min göstərilib. İtaliya divar kağızlarının 1 tonu sərhəddə 882,1 dollara, Belçika məhsulu 7900 dollara, Çexiya divar kağızları 6000, Türkiyə divar kağızları 2520 dollara bəyan edilib. Belə kəskin ziddiyyət təkcə xarici divar kağızlarının keyfiyyət göstəricisinin sübutu deyil, bəlkə də, həm də onu göstərir ki, ayrı-ayrı sahibkarlar malı saxta yox, gerçək qiymətlə bəyan edir. Bizcə əlavə şərhə ehtiyac yoxdur... Geri qayıt |