Əsas Səhifə > Cəmiyyət, Manşet > Azərbaycanlı diplomatın oğlu saxtakarlıqda ittiham olunur

Azərbaycanlı diplomatın oğlu saxtakarlıqda ittiham olunur


12-12-2014, 15:54
Azərbaycanlı diplomatın oğlu saxtakarlıqda ittiham olunur
DİA.AZ: - Azərbaycanın BMT-dəki keçmiş səfiri Aqşin Mehdiyevin oğlu Samir Mehdiyev tərəfindən aldadıldığını bildirən Araz Yusifov ölkə başçısı Ilham Əliyevə və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə müraciət edib. Vətəndaşın sözlərinə görə, Ədliyyə Nazirliyində çalışan Samir Mehdiyev ona məxsus 7000 min manatı mənimsəyib.

Araz Yusifov bildirir ki, Samir Mehdiyev onun üçün ABŞ-a viza düzəldəcəyini vəd edib. Həmin pul da Aqşin Mehdiyevin oğluna bunun üçün verilib: “Bunun üçün ona 23 avqus 2014-cü il tarixdə Binəqədi rayonunda fəaliyyət göstərən 11 saylı notariat kontorunda 7000 min manat pul vermişəm. Viza sentyabrın 18-də verilməli idi. O mənə demişdi ki, ABŞ-a vizanın qiyməti 7000 manatdır. Bildirmişdi ki, atası Azərbaycanın ABŞ-dakı səfiri vəzifəsində çalışır. Amma sonradan aydın oldu ki, o, məni aldadır. Müxtəlif bəhanələrlə pulumu vermir. Həmçinin bəlli oldu ki, o, saxta sənədlərlə vətəndaşları aldadıb onlara külli miqdarda ziyan vurub. Samir mənim üçün də saxta sənədlər hazırlayıb”.

Araz Yusifov aldadıldığını biləndən sonra bir sıra dövlət qurumlarına şikayətlə müraciət edib. Lakin müraciətlərinin heç bir nəticəsi olmayıb. Şikayətçi deyir ki, əksinə qarşı tərəf onu hədələməyə başlayıb. Araz Yusifov məsələni ictimailəşdirəcəyini deyəndən sonra Samir Mehdiyev pulun cüzi hissəsini qaytarıb. “Qalanını qaytarmırlar, məni təhdid edirlər”, - deyə vətəndaş bildirir.

Azərbaycanlı diplomatın oğlu saxtakarlıqda ittiham olunur

Araz Yusifov prezidentə və Ramiz Mehdiyevə ünvanladığı müraciətdə bu məsələni diqqətdə saxlamağı xahiş edib.

“Məgər Aqşin Mehdiyev belə təhlükəli adamdır ki, hüquq-mühafizə orqanları onun oğlunun əməlləri barədə tədbir görməkdən ehtiyat edir? Axı mən dəfələrlə müraciət etmişəm, faktlar da ortadadır, amma heç bir nəticəsi yoxdur. Hətta ini mənim həyatım təhlükədədir. Mən xahiş edirəm ki, bu məsələni nəzarətdə saxlayasınız və dəymiş ziyanın ödənilməsinə yardımçı olasınız”, - deyə Araz Yusifov müraciətində bildirir.

Şikayətçi həmçinin əlavə edib ki, problemi həll olunmayacağı təqdirdə Azərbaycan vətəndaşlığından imtina etmək məcburiyyətində qalacaq.

Geri qayıt