Əsas Səhifə > Cəmiyyət, Manşet > Abdolbari Goozalın biznes maraqları Azərbaycanda yetimin evini necə yıxır?
Abdolbari Goozalın biznes maraqları Azərbaycanda yetimin evini necə yıxır?15-12-2014, 14:20 |
Azərbaycanın qida sənayesinin əsa sbir hissəsini «Azərsun» Holdinq inhisar altında saxlayır. Və bu inhisarçılıq təkcə məhsul istehsalı ilə deyil, həm də ictimai təbliğat vasitəsilə həyata keçirilir. Ölkənin qida bazarında qənddən, çaydan tutmuş, süfrəmizdə istifadə etdiyimiz yağlara, duzlara qədər hər bir məhsulun üzərində «Azərsun»nun adı var. Azərbaycan müharibə şəraitində olan bir ölkədir. Həm də neft sektorundan böyük asılılığı olan bir ölkənin qeyri-neft sektorunu inkişaf etdirmək üçün ciddi bir şəkildə islahatlar aparılmalıdır. Xüsusilə də kənd təsərrüfatı sektoru ilə bağlı olaraq islahatların aparılmasına ehtiyac var. Etiraf edək ki, dövlət başçısının imzaladığı inkişaf proqramları, sərəncamlar, hökumətin həyata keçirdiyi proqramlar bir yerdə dalana dirənir. Səbəb də kifayət qədər sadədir. Məsələn ölkədə qarğıdalı, günəbaxan yağlarını istehsal edəcək ikinci istehsalçı yoxdur. İstehsalçı yalnız «Azərsun»dur. Bu səbəbdən də heç bir investor kənd təsərrüfatı sektoruna investitsiya qoymaqla, qarğıdalı əkmək istəmir. Çünki tədarük etdiyi məhsulu özü istehsal edib, süfrədə istifadə üçün yağ emal edə bilməyəcək. Eyni zamanda, çay təsərrüfatlarını, şəkər çuğunduru təsərrüfatlarını və ümumiyyətlə süfrəmizə daşınan bütün növ qida məhsullarının xammal olaraq istehsalına «Azərsun»dan başqa heç bir iri investor yatırım qoymur. GUNDEMİNFO.AZ-ın ekspertlərinin toxunduğu məqam duzlarla bağlıdır. Süfrə duzlarının istehsalı üçün «Azərsun»a hansısa görünməz əl ən yaxından dəstək verir. Bakı şəhərində satışa çıxarılan süfrə duzlarının tərkibiilə bağlı zaman-zaman mübahisələr yaşanıb. İndi də həmin mübahisələr qalmaqdadır. Bir neçə il öncə «Azərsun» Holdinq Bakının Masazır qəsəbəsində yüzlərlə sahibkarın, minlərlə insanın iş yerini bağlada bildi. Masazırda Duz Zavodu inşa olundu. Duz gölünün ətrafında sahibkarlıq fəaliyyəti ilə məşğul olan xeyli sayda sahibkarın yatırdığı investitsiyalar batdı. Səbəb də guya Bakıda süfrə duzlarının yodlaşdırılması və standartlara cavab verməsini təmin etmək idi. Lakin zavodun istifadəyə verilməsindən bir neçə ay öncə Heydər Əliyev Fondu tərəfindən Masazır Duz Zavodunda istehsalla məşğul olan sahibkarlara dəyəri milyonlarla manat həcmində ölçülən təmizləyici qurğular və istehsal zamanı süfrə duzu olaraq satışa çıxarılan duzun yodlaşdırılması üçün avadanlıqlar hədiyyə edilmişdi. Amma «Azərsun» həmin zavodu istifadəyə verdi və nəticə etibarilə də gölün ətrafındakı bütün sahibkarlar, onların yanında çalışan yüzlərlə insan iş yerini itirdi. «Azərsun»nun açıdığı zavoda isə heç kim işlə təmin edilmədi. Amma hər həftə ölkə bazarını təftiş edən bir dəstə ekspert peyda olur və bazarda «Azərsun»dan başqa kim duz satırsa, həmin duxzların tərkibini saxta «çıxarır». Sən demə SSRİ məkanında ən keyfiyyətli qida məhsulları istehsal edən duz zavodlarının məhsulları Azərbaycanda «Azərsun»dan geri qalırmış. Və hətta indi Şəki, Salyan və Neftçala rayonları ətrafında yerləşən göllərdən duzun yığılaraq bələdiyyə və digər dövlət orqanlarının gözü qarşısında pendir və çörəkbişirmə sexlərinə verilməsi faktı da varmış.Deməli adları çəkilən rayonlarda insanların duz toplayaraq satmasının qarşısını almaq, Masazır kimi oranı da «Azərsun»a vermək lazımdır. Hətta bu «zəhmətkeş ekspertlər» Bakıda ən keyfiyyətli qida məhsulları satan marketlərə də gedib çıxıblar. Hansı ki, həmin marketlərdə çox baha qiymətə məhsullar satılır və hər kəs həmin dükanlardan alver edə bilmir. Geri qayıt |