Əsas Səhifə > Cəmiyyət, Manşet > Dövlət Gömrük Komitəsinin sədri postunda dəyişiklik gözlənilir
Dövlət Gömrük Komitəsinin sədri postunda dəyişiklik gözlənilir22-12-2014, 13:41 |
DİA.AZ: - Dövlət Gömrük Komitəsinin sədri postunda dəyişiklik gözlənilir. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki məlumatlı mənbələrdən informasiya daxil olub. Xəbəri verən qaynağın iddialarına görə, DGK sədri Aydın Əliyevin başqa bir işə təyin olunacaq. Hələlik mənbə dia-az.life-a onun hansı vəzifəyə təyinat alacağı barədə əlavə bilgi verməsə də, Aydın Əliyevin gedişinin nədənləri açıqlanıb. Bilgili qaynağın iddialarına görə, Aydın Əliyev bu ilin yekunları ilə bağlı DGK-nın verdiyi hesabatında çox ciddi qüsurları ictimailəşdirib. Mənbənin dia-az.life-a syöəldkiəlir: «Belə ki, DGK-nın hesabatının açıqlanan mətninin dəqiqləşdirilməsi asan olan müəddalarında böyük yeyinti və maliyyə maxinasiyaları rəsmi şəkildə etiraf olunub. Məsələn, həmin hallardan birində göstərilir ki, guya Azərbaycan tütün ixracı ilə məşğuldur. Layin aydın olur ki, Azərbaycan dövlətindən dünyanın heç bir ölkəsi tütün almayıb və tütün alıcısı kimi iddia olunan dövlətlərin də gömrük hesabatlarında bununla bağlı hansısa informasiya qeydə alınmayıb. Bu maxinasiya nəticəsində 500 milyon manata yaxın yeyinti faktı az qala məqsədli şəkildə ictimailəşdirilib ki, buna görə də sorumlu şəxs məhz Aydın Əliyevdir». Mənbə bildirir ki, anoloji nöqsanların bolluğu Aydın Əliyevlə bağlı qərarın verilməsinə nədən olub. Geri qayıt |