Əsas Səhifə > Cəmiyyət, Manşet > Bank sektorunda gələn ilə planlaşdırılan təmərküzləşmənin "qurbanları" bəllidir

Bank sektorunda gələn ilə planlaşdırılan təmərküzləşmənin "qurbanları" bəllidir


24-12-2014, 12:11
Bank sektorunda gələn ilə planlaşdırılan təmərküzləşmənin "qurbanları" bəllidir
DİA.AZ: - Məlum olduğu kimi, gələn il Azərbaycanda bir sıra istiqamətlərdə islahatların həyata keçirilməsi planlaşdırılır. Bu barədə redaksiyamıza məlumat verən Nazirlər Kabinetindəki məlumalı mənbənin bildirdiyinə görə, islahatlar sosial sahələrdə, xüsusən də bank sektorunda daha qabarıq şəkildə özünü nəzərə çarpdıracaq.

Bildirək ki, son zamanlar bankların fırıldaqçı şəbəkələrlə əlaqələri barədə çox ciddi ittihamlar sələnməkdədir. Və bildirilir ki, artıq bu faktların böyük əksəriyyəti dövlətin müvafiq qurumları tərəfindən araşdırmaya götürülüb. Elə buna görə də, irəli düşməyə çalışan və gələcəkdə hədəfə olmadan sığortalanmağa çalışan ayrı-ayrı banklar könüllü qaydada öz əməkdaşları ilə bağlı bu kimi faktları hüquq-mühafizə orqanlarına təqdim etməkdədirlər.

Bu səbəbdən də son günlər bankların fırıldaqçı şəbəkələrlə bağlı açıqlamaları mətbuat səhifələrinə daha intensiv qaydada yol tapır.

Məlumatlı mənbəmiz bildirir ki, bu gün fırıldaqçı şəbəkə ilə əlaqədə ittiham olunan banklardan biri də «Bank of Baku»udur. Qeyd edək ki, bu bankın adı həm də beynəlxalq skandala da səbəb olub. Belə ki, məşhur «Vikiliks» təşkilatı tərəfindən açıqlanan ABŞ dövlətinə aid məxfi sənədlərdə də vurğulanırdı ki, «Bank of Baku» İranın xüsusi xidmət orqanlarının nəzarətində olan bir qurumdur və bu bank bir növ «İran Melli Bank»ın kamufulyaj olunmuş versiyasıdır.

Sənəddə iddia olunurdu ki, «Bank of Baku»nun əsas payçılarından olan Oromi qardaşlarının «NAB» şirkəti fars-molla rejiminin xüsusi xidmət orqanları tərəfindən yönəldilir və hər ay Azərbaycana bu yolla «Bank of Baku» vasitəsilə yuyulmsı üçün 5 milyon ABŞ dolları həcmində vəsait ötürülür.

Bir sözlə, artıq «Bank of Baku»nun adı hakimiyyətin qara siyahısına düşüb. Eyni zamanda məlumatlə mənbə DİA.AZ-a açıqlamasında bildirir ki, "Unibank"dın da bank sektorundakı mövqeləri kifayət qədər zəifdir. Xatırladaq ki, bir müddət əvvəl Mərkəzi Bankın rəhbərliyi açıqlama verərək bildirmişdi ki, Azərbaycanda xırda banklar birləşdiriləcək. Amma indi aydın olur ki, əslində xırda banklar yox, ayrı-ayrı maraqlara xidmət edən banklar hədəfdədir.


Geri qayıt