Əsas Səhifə > Cəmiyyət, Manşet > “Bakelektrikşəbəkə” şefi rəqib şirkətləri işığı söndürməklə təhdid edir

“Bakelektrikşəbəkə” şefi rəqib şirkətləri işığı söndürməklə təhdid edir


7-01-2015, 13:50
“Bakelektrikşəbəkə” şefi rəqib şirkətləri işığı söndürməklə təhdid edir
Editor.az-ın redaksiyasına “Bakelektrikşəbəkə” ASC-nin rəhbəri Baba Rzayevin biznes fəaliyyəti ilə bağlı maraqlı informasiya daxil olub.

Əvvəla, xatırladaq ki, qanun məmurlara, millət vəkillərinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı qəti qadağan edir.

Amma buna baxmayaraq, Baba Rzayev rəsmi də olmasa, öz yaxınlarının, qohumlarının adına bir neçə şirkət yaradıb və Bakı şəhəri ərazisində elektrik sənayesinə aid bütün sahələri inhisara alıb.

Qeyd edək ki, Baba Rzayev yüksək vəzifə təyinatına qədər elektrik yarımstansiyalarının qurulmasını həyata keçirən şirkətə rəhbərlik edib. Görünür o zaman qazanmış olduğu təcrübə bu gün də işinə yarayır.

Hazırda ASC rəhbərinin “Santral Elektrik”, “Göknur Bakı” və digər iri şirkətlərə sahib olduğu, bu şirkətləri ən yaxın qohumlarının adına rəsmiləşdirdiyi iddia olunur.

Eyni zamanda onun müəyyən şirkətlərlə anlaşdığı, Bakı şəhərində qurulan bütün elektrik yarımstansiyaları işini həmin şirkətlərə həvalə etdiyi deyilir.

Məlumata görə, digər bu qəbildən olan şirkətlər hər hansı işin texniki şərtini almaq üçün “Bakelektrikşəbəkə”yə müraciət etdikdə, onlara heç bir əsas olmadan “yox” cavabı verilir.

Yalnız fantastik məbləğdə qeyri-rəsmi rüsum ödədikdən sonra istisna hallarda “razılaşdırılmamış şirkətlərə” iş görmək icazəsi verilir.

Onun hazırda paytaxtda elektrik avadanlıqları satışı ilə məşğul olan şirkətlərin fəaliyyətinə də süni əngəllər yaratdığı iddia olunur. Baba Rzyev həmin şirkətləri işığı kəsməklə təhdid edərək, xaricdən ucuz qiymətə deyil, ondan baha qiymətə məhsul almağı tələb edir.

Araşdırmalarımı davam edəcək…

Geri qayıt